Siyasət

  • 858

“Dünya bazarında qiymətlərin artması Azərbaycandan da yan keçmir“ - MÜNASİBƏT BİLDİRİLDİ

image

“Tarif Şurasının qiymətlərlə bağlı verdiyi yeni qərar əlbəttə ki, dünyada gedən proseslərlə, eləcə də qiymət artımı ilə əlaqədardır. Çünki Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələr və əməkdaşlıqlar bunu tələb edir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib. Onun sözlərinə görə, dünyada qiymətlərin artması sözsüz ki, Azərbaycandan da yan keçmir: “Əgər bizim idxal etdiyimiz bir çox məhsulların qiyməti artırsa, bu, yerli bazarda qiymətlərin müəyyən dərəcədə artmasına təsir göstərə bilir. Hesab edirəm ki, dizel yanacağının qiymətinin artması ölkənin aqrar sektorunda ciddi bir çətinlik yaratmaz. Çünki kənd təsərrüfatına ayrılan subsidiyalar və əlavə ödənişlər ildən-ilə artırılır”.“Bu gün də biz taxılın, ərzaqlıq buğdanın qiymətində müəyyən artım olduğunu müşahidə etdik. Şübhəsiz ki, hökumət bu məsələlərdə tənzimləyici tədbirlər həyata keçirir”,-deyə o əlavə edib.

Ləman Sərraf

Digər xəbərlər