Siyasət

  • 766

"Azərbaycanın ŞƏT-də iştirakı nüfuzlu dövlətlərdən biri olduğunu göstərir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

image

"2024-cü il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada zirvə görüşü başladı. Təbii ki, Azərbaycanın dövlət başçısı da Şanxay Əməkdaşlıq Təşkilatının bu zirvə görüşündə iştirak edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.O bildirib ki, məlum olduğu kimi Azərbaycan 2015-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatında tərəfdaş statusu alıb, yəni bu statusla bağlı qərar qəbul olunub: "2016-cı ildə isə bu status Azərbaycana verilib. Bu, Azərbaycanın dövlət başçısının Şanxay Əməkdaşlıq Təşkilatında ikinci iştirakdır. Məlumdur ki, Azərbaycanın dövlət başçısının Astana şəhərində Türkiyə, Rusiya, Qazaxıstanın dövlət başçıları və Pakistanın dövlət başçısı ilə səmimi görüşləri olub. Bölgə ilə bağlı dünyanın ayrı-ayrı problemləri ilə bağlı fikir mübadilələri olmuşdur. Onu qeyd etmək lazımdır ki, Şanxay Əməkdaşlıq Təşkilatı nüfuzlu təşkilatdır. Azərbaycanın da burada iştirakı o deməkdir ki, Azərbaycan da dünyanın nüfuzlu dövlətlərindən biridir. Həm də dünyanın Qərb-Şərq və Cənub-Qərb münasibətlərinin tənzimlənməsində Azərbaycanın da orta dəhliz rolunu oynaması onu göstərir ki, Azərbaycan dünyanın iqtisadi inkişafına və siyasi münasibətlərin tənzimlənməsinə hər cür köməklik göstərə bilir. Xüsusilə, Bakı-Qars dəmir yolunun istifadəyə verilməsi dünyanın iqtisadi münasibətləri üçün böyük uğurlar əldə edib və böyük çətinlikləri aradan qaldırıb"."Azərbaycan məlumdur ki, bu təşkilatda iştirak etməklə bir daha bəyan edir ki, o, sülhün, əmin-amanlığın tərəfdarıdır. Xüsusilə, COP29-la bağlı noyabrda Azərbaycanda keçiriləcək bu beynəlxalq konfrans bir tərəfdən Azərbaycanın nüfuzunu göstərir, digər tərəfdən isə Azərbaycan dünya dövlətlərini Bakıya dəvət etməklə dünyanın enerji sahəsində olan problemlərinin müzakirəsinə önəm verəcək. Dünya dövlətləri də bu konfransda iştirak etməklə həm Azərbaycanın nüfuzunu görəcək, həm də dünyanın problemlərini həll etməklə Bakını mərkəz seçmiş olacaqlar. Onu da qeyd etmək lazımdır ki, Şanxay Əməkdaşlıq Təşkilatı ilə Heydər Əliyev fondunun da mühüm əlaqələri olub.Hələ vaxtı ilə Heydər Əliyev fondunun rəhbərliyi Şanxay Əməkdaşlıq Təşkilatının Şanxaydakı ofisində həm Azərbaycan günlərini keçirib, həm də Nizami Gəncəvinin büstü qoyulub. Bu o deməkdir ki, Şanxay Əməkdaşlıq Təşkilatının inzibati binasında böyük Çin filosofu Konfutsidən sonra ikinci büstü qoyulan Nizami Gəncəvidir. Azərbaycan həm də Şanxay Əməkdaşlıq Təşkilatında iştirak etməklə Azərbaycan-Ermənistan və Qərb dövlətlərinin bu məsələyə münasibəti məsələsini bir daha Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan dövlət başçıları ilə danışanda irəli sürdü. Azərbaycan bu sülh müqaviləsini imzalamağın tərəfdarıdır, əlindən gələni edir, şərtləri irəli sürür. Çox təəssüflər olsun ki, Ermənistan müəyyən bəhanələr gətirməklə sülh müqaviləsini imzalamağı gecikdirir. Amma bütün bunlara baxmayaraq Azərbaycan sülh istəyir, sülhün tərəfdarıdır. Azərbaycan artıq öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. Təkcə Cənubi Qafqazda deyil, dünyada sülhün, əmin-amanlığın yaranması üçün, iqtisadi əlaqələrin bundan da artıq inkişafı üçün əlindən gələni edir. Bu, Azərbaycan dövlətinin siyasətidir. Azərbaycanın dövlət başçısı da Şanxaydakı görüşlərdə bir daha ŞƏT-in zirvə görüşündə elan etdi ki, Azərbaycan öz siyasi ənənələrinə sadiqdir və sülh, əmin-amanlığın qorunması üçün əlindən gələni edəcəkdir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər