Siyasət

  • 720

"Bəşəriyyətin problemi iqlim dəyişikliyidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

image

"COP29, Formula1, Beynəlxalq humanitar forum Azərbaycan üçün böyük beynəlxalq nüfuz, hörmət, tanınmaq üçün böyük bir beynəlxalq siyasi addımdır. Təbii ki, bunun iqtisadi tərəfi, iqtisadi qazancları da var". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.O bildirib ki, artıq aldığımız məlumata görə gəlmək istəyən 45 min adam qeydiyyatdan keçib: "85 ölkənin rəhbəri, beynəlxalq ekspertlər, nüfuzlu alimlər, nəhəng kampaniyaların nümayəndələri olacaq. Biz düşünürük ki, haradasa 80 min adam gələcək. Əsas problem odur ki, bəşəriyyətin problemi iqlim dəyişikliyidir. Ümumi hərarət artır, cürbəcür ekspertlərin fikrincə haradasa 1 dərəcədən 1,5 dərəcəyə qədər artım var. Bu, təbii fəlakətlərə gətirib çıxarır, iqlim dəyişilir, kənd təsərrüfatına, insanların həyatına böyük təsiri olur. Bunlar hamısı son 10 ildə ən böyük problemə çevrilib. Məsələnin əslən ən böyük problemi odur ki, bunun həlli üçün ortalama 2,5 trilyon dollar pul lazımdır. Yaşıl enerjiyə keçmək, təbiəti normal vəziyyətə çatdırmaq lazımdır. Bunun üçün də uzun illər lazımdır. Ən azı 10-15 il gərəkdir, 1-2 ərzində həll olunan məsələ deyil.Maliyyə xərcləri ilə əlaqədar böyük problemlər də yaranıb ki, məbləği kim ödəməlidir. İnkişaf etmiş ölkələr qismən qəbul etsələr də, boyunlarından atmaq istəyirlər. Burada Hindistanın, Çinin də, bir çox Afrika ölkələrinin də adı çəkilir. Bu ölkələr isə deyir ki, bu xərcin əsas hissəsi neft-qaz ixracatı ilə məşğul olan ölkələr çəkməlidir. Dəqiq fikir yoxdur. Mən düşünürəm ki, burada həmin məsələlərə bir daha aydınlıq gətiriləcək. Cənab Prezidentin də mövqeyi var. Bütün ölkələr səy göstərməlidir. Təbiidir ki, onların iqtisadi, maliyyə vəziyyətinə baxaraq hamı iştirak etməlidir. Addımlar eyni formada atılmalıdır. Bu, böyük problemdir. Yenə də bu forumun da həm siyasi, həm beynəlxalq tanınma məsələsi var"."Azərbaycan adətən son 20 ildə hansı beynəlxalq layihələr varsa, orada iştirak edirsə, ya birincidir, ya da birinci üçlükdədir. Aktiv, pozitiv, proqmativ formada cənab Prezident addımlar atır. Bütün ölkələri də bu formaya, danışıqlara, problemlərin həllinə dəvət edir. Formula1 dünyada ən tanınmış beynəlxalq layihələrdən biridir. Burada turizm məsələsi, valyutanın Azərbaycana axını söhbəti də var. Azərbaycana 10 minlərlə insan gəlir, onlar Azərbaycanda işlərin gedişatı ilə, təmizliyi, təhlükəsizliyi ilə daha yaxından tanış olurlar. Nəzərə almaq lazımdır ki, gələn adi, sıravi insanlar deyil. Formula1, istər digər humanitar foruma, istər COP29-a gələnlər olsun, hamısı aparıcı insanlardır. Onların sözünün ölkələrində və beynəlxalq təşkilatlarda kifayət qədər qüvvəsi var. Ona görə bu, Azərbaycan üçün çox vacibdir. Azərbaycan bu addımları mənasız yerə atmır, böyük məna kəsb edir. Postsovet məkanında hansı ikinci ölkə var ki, son 10-15 ildə belə nəhəng layihələrə qol çəksin, iştirak etsin, inkişaf etsin. Bunun xeyri də bəllidir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər