Siyasət

  • 782

“Çin Azərbaycana ən böyük investisiya yatıran ölkələrdən biridir“ - ŞƏRH OLUNDU

image

“Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olmasa da, artıq ikinci dəfədir ki, bu nüfuzlu beynəlxalq təşkilatın sammitinə Azərbaycan fəxri qonaq qismində dəvət edilir. Tədbir çərçivəsində Azərbaycan lideri təşkilata üzv olan ölkələrin rəhbərləri ilə ikitərəfli maraq doğuran məsələlər barəsində fikir mübadiləsi apardı. Eyni zamanda səfər zamanı Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq müqaviləsinin bağlanması böyük dövlətlərin Azərbaycana olan marağını göstərir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, təkcə Çinlə olan ticarət-iqtisadi əlaqələrimiz Azərbaycanın ən böyük xarici iqtisadi əlaqələr blokuna daxil olan məsələlərdəndir: “İllik ticarət dövriyyəmiz 3 milyard dollara yaxınlaşıb. Çinin 6 şəhərində Azərbaycan ticarət evi açılıb. Çin Azərbaycana məsul ixrac etdiyi kimi, eyni zamanda Azərbaycandan da qeyri-neft məsulları almaqda maraqlı olduğunu göstərir. Çin Azərbaycana ən böyük investisiya yatıran ölkələrdən biridir. Biz vaxtaşırı ölkə mətbuatında Çin investisiyası ilə Azərbaycanda qeyri-neft profilli məsullar buraxan müəssisələrin açılması barəsində xəbərlər oxuyuruq. Azərbaycan və Çin qarşılıqlı şəkildə biri-birlərinin ərazi bütövlüyünü dəstəkləyirlər. Bu il keçiriləcək COP29 konfransında ən yüksək səviyyədə iştirak edəcəyi barəsində Çin sədri Prezidentimizlə görüşdə məlumat verdi.Azərbaycan Prezidentinin tədbir çərçivəsində Rusiya, Türkiyə, Qazaxıstan, Pakistan rəhbərləri ilə görüşləri də diqqət mərkəzində oldu. Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli görüşünün keçirilməsi isə üç ölkə arasında mövcud olan strateji əməkdaşlıq və dostluq münasibətlərini daha yüksək səviyyəyə qaldırdı. Azərbaycan konfransda iştirak etməklə təşkilat üzvləri ilə əməkdaşlığı daim genişləndirməkdə maraqlı olduğunu göstərdi. Azərbaycan bu gün özünü dünya üçün maraqlı ölkə kimi tanıda bilib. Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı tədbir keçirməsi dövlətimizi dünya siyasətinin müzakirə olunan mövzularından birinə çevirib. Hesab edirəm ki, Azərbaycan liderinin tədbirdə iştirakı ölkəmizin artan nüfuzunu sübut etdi”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər