Siyasət

  • 636

"Dünyada münaqişələr bitən deyil" - MÜNASİBƏT BİLDİRİLDİ

image

"Nə qədər ki, dünya var, dünya yaranandan bəri bu münaqişələr var idi, bu gün yenə də davam edir. Hər dövrün öz münaqişə formaları olub". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Telman Qasımov deyib.O bildirib ki, insanlar hələ daş dövründən qida üstündə münaqişə edirdilər: "İnsanların xüsusi əraziləri olub ki, oraya digər tayfanın gəlib ov ovlaması qəti qadağan olub. O qaydaları pozan tayfalara qarşı həmişə müharibələr olub. O zaman toqquşmalar idi. Bu günümüzə qədər elə bir zaman yoxdur ki, planetin hansısa nöqtəsində münaqişə olmasın. Hər zaman olub, sadəcə olaraq biz bu münaqişələri 30 ildir görmüşük. Müəyyən dövr Qafqazda Sovet dövründə stabillik olub, sonra bu dövlətlər dağıldı, münaqişələr artıq başlandı. Ona görə də münaqişələr olduqca çətin, qəliz mövzudur. Amma deyə bilərəm ki, münaqişələr bitməyəcək. Hələ getdikcə yeni münaqişə ocaqları yaranır"."Dünyanın sürətlə silahlanması onun göstəricisidir ki, dünyada münaqişə bitən deyil. Bu silahlara, hərbi sursatlara, mərmilərə pullar xərclənir. Ölkələr məhv olur, Suriya, İraq, Ukrayna darmadağın olub. Sivilizasiya, mədəniyyətlər məhv olub gedir. Hamısı müharibələrin hesabınadır. Ona görə ki, münaqişəni yaradan qüvvələrə maraqlıdır, qəsdən yaradırlar. Hərənin öz planı var. Bu baxımdan nə qədər ki, böyük oyunçuların böyük oyunları, məqsədləri var, məqsədlərinə çatmaq üçün müharibə yolunu seçiblərsə çox çətin olacaq. Sülh mütləq lazımdır. Sovetlər dövründə Amerika ilə Rusiya arasında müharibənin bitməsi və sülhün yaranması ilə bağlı hətta tələbələr, məktəbli uşaqlar da ayağa qalxıb şüarlar deyirdilər. Məktəbli qız sülh çağırışçısı idi, yazıq uşağı təyyarədə partladıb öldürdülər. Dünya belədir. Bu müharibələr, heç nə boşuna baş vermir. Nə baş versə, hamısı düşünülmüş, planlı şəkildə baş verir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər