Siyasət

  • 762

YAP Abşeron rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının “Xırdalan şəhər 55 saylı” (Ayan MMC) yeni ərazi partiya təşkilatı təsis edilib.

Bu münasibətlə keçirilmiş təsis iclasında çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyəv və “Ayan MMC”nin direktor müavini Kənan Bayramlı bildiriblər ki, 1992-ci ilin 21 noyabrında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub: “Əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru inamla irəliləyir”.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb.
Kənan Bayramlı “Xırdalan şəhər 55 saylı” (Ayan MMC) ərazi partiya təşkilatının sədri seçilib.

Digər xəbərlər