Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak edən Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın iyulun 6-da Azərbaycana səfəri başa çatıb. SİA xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmazı hava limanında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola saldılar.
Azərbaycan artıq Çinin regiondakı əsas tərəfdaşlarından birinə çevrilib və ikitərəfli ticarətin 2025-ci ilə qədər təxminən 5 milyard dollara çatacağı gözlənilir...