2001-ci il iyunun 15-də Şanxay Əməkdaşlıq Təşkilatının təməli qoyulmuş, elə həmin ildəcə bu təşkilata 9 ölkə üzv olmuşdur. ŞƏT-ın üzvləri sırasında Hindistan, Qazaxıstan, Qırğızıstan, ÇXR, Pakistan, Rusiya, Tacikistan, İran, Özbəkistan ölkələri yer alırlar. Əfqanıstan, Belarus və Monqolustan isə müşahidəçi dövlətlər kimi bu təşkilata üzvdülər.
2002-ci ildə həmin təşkilat nizamnamə qəbul edərək, üzv və müşahidəçi dövlətlərlə hərtərəfli müqavilə imzalamağa müvəffəq olur.
ŞƏT-in yaradılmasının əsas məqsədi ölkələr arasında qonşuluq və dostluq münasibətlərinin qurulması, müxtəlif sahələrdə əməkdaşlıq, eyni zamanda regionda sülh və sabitliyin qorunub-saxlanılmasıdır.
Azərbaycan, Türkiyə, Kamboca, Nepal, Ermənistan və Şri-Lanka ŞƏT-ın “Dialoq üzrə tərəfdaş”ları olurlar.
2015-ci il iyul ayının 10-da ŞƏT Dövlət Başçıları Şurasında ilk dəfə olaraq Azərbaycan Respublikasının da ŞƏT-də “dialoq üzrə tərəfdaş” statusu verilməsi haqqında qərar verilir. 2016-cı il mart ayının 14-də Pekində ŞƏT və Azərbaycan arasında ümumi əməkdaşlıq istiqamətlərinin nizamlanması məqsədilə “dialoq üzrə tərəfdaş” statusunun verilməsi ilə bağlı Memorandum imzalanır.
2015-ci ildə ŞƏT-in toplantısına Azərbaycandan sənaye nazirinin müavini, 2016-cı ildə isə Xarici işlər Naziri qoşulurlar.
Ölkə başçısı 2018-ci il aprel ayının 12-də ilk dəfə olaraq Azərbaycanda ŞƏT-in baş katibi Rəşid Əlimovun rəhbərlik etdiyi nümayəndə heyətiylə görüşür. 2020-ci ildə isə prezident İlham İlham Əliyev ilk dəfə olaraq Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ŞƏT-in baş katibi Vladimir Norov ilə görüşür.
Ölkə başçısının apardığı uğurlu siyasət nəticəsində ŞƏT-lə Azərbaycan nümayəndələri arasında mütəmadi olaraq görüşlər təşkil edilir, iqtisadi-siyasi-ictimai sahədə müxtəlif əməkdaşlıq məsələləri geniş və hərtərəfli şəkildə müzakirə edilir.
Cənab president İlham Əliyev ilk dəfə 16 sentyabr 2022-ci ildə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin, ikinci dəfə isə 2024-cü il iyul ayının 4-də Qazaxıstan Respublikasının prezidenti Kazım Jomart Tokayevin dəvəti ilə ŞƏT zirvə toplantısına dəvət edilir.
2024-cü il iyul ayının 4-də prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada təşkil edilmiş “ŞƏT plus” formatlı görüşə yola düşür. Qazaxıstan Respublikasının prezidenti Kazım-Jomart Tokayev İlham Əliyevi qarşılayaraq onun şərəfinə rəsmi ziyafət verdikdən sonra, “Müstəqillik” Sarayında təşkil edilmiş “ŞƏT plus” görüşünə yollanırlar.
Görüşdə çıxış edən Qazaxıstan prezidenti K.J.Tokayev Bakıda keçiriləcək COP29 konfransına diqqəti yönəldərək, cənab prezident İlham Əliyevə bu işdə uğurlar arzu edir.
“ŞƏT plus”-da təşkilata üzv olan ölkə başçılarının çıxışları yekunlaşdıqdan sonra Qazaxıstan prezidenti Kasım Jomart Tokayev çıxış üçün kürsüyə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi dəvət edir. İlham Əliyev ilk növbədə həmin konfransa dəvət edildiyi üçün Qazaxıstan prezidentinə öz təşəkkürünü bildirərək, diqqəti son iki il ərzində iki ölkə arasındakı əməkdaşlıq əlaqələrinə yönəldir. İlham Əliyev çıxışına davam edərək qeyd edir ki: “Şərq-Qərb və Şimal-Çənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyona tona qədər artıb. Biz tərədaşlarımızla Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyirik”. Çıxışını davam etdirən ölkə başçısı bundan başqa ölkələr arasındakı Dəniz Ticarəti, Dəmir yolunun da inkişaf dinamikası haqqında konkret məlumat verərək, hər kəsin diqqətini 2023-cü ildən etibarən Azərbaycanın bütün əraziləri üzərindəki suverenliyinə yönəldir.
Cənab prezident konfransda Qoşulmama hərəkatı, COP29 kimi konfransların da təşkilinə toxunaraq, Azərbaycan Respublikasının başqa ölkələrlə imzaladığı sazişlər, müqavilələr, fərmanlar və həmin əməkdaşlıqların uğurlu nəticələrini iclas iştirakçılarının diqqətinə çatdırdı.
Pərvanə Talıbova
YAP Yasamal rayon təşkilatının fəalı,
Azərbaycan Milli Konservatoriyası tərkibində
İncəsənət Gimnaziyasının múəllimi