Uzun illər regionda müharibə ocağı olmasına baxmayaraq Azərbaycana hər zaman dünya ölkələri tərəfdaş kmi yanaşıb. Lakin respublikanın suverenliyi tam bərqəqrar olduqdan sonra Azərbaycanla yeni-yeni strategiyaların qurulması müşahidə olunur. Əgər Avropa dövlətləri enerji sahəsində yeni əməkdaşlıq münasibətləri qurmağa can atırsa, Asiya dövlətləri yeni iqtisadi təşkilatlanmalarda Azərbaycan dövlətini görmək üçün aktivlik nümayiş etdirirlər. Bu baxımdan, Prezident İlham Əliyevin ikinci dəfə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısına dəvət edilməsi mühüm əhəmiyyət kəsb edir. Nəqliyyat dəhlizi kimi Azərbaycan Respublikası böyük vədlər verir. Beləki, ölkə başçımız cənab İlham Əliyevin çıxışında qeyd olundu ki, Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Bundan yanaşı, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir.
Respublikanın iqtisadi potensialı regionu yeni layihələrə sövq edir. Beləki, Bakı-Tibilisi-Qars yolu ötürücülük imkanlarını respublikanın tranzit missiyasını genişləndirir. Əlverişli coğrafi mövqeyə, zəngin təbii sərvətlərə və enerji ehtiyatlarına malik Azərbaycan nəqliyyat qovşağı və logistik mərkəzə çevrilmişdir. Azərbaycanın təşəbbüskarı və birbaşa iştirakçısı olduğu regional və qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi enerji və yük daşımaları sahəsində səmərəliliyi artırmaqla yanaşı, bütövlükdə regionun inkişafına müsbət töhfə verməkdədir. Azərbaycan Böyük İpək Yolu regionunun Avropa və Asiya qitəsini birləşdirən ən qısa nəqliyyat marşrutudur və Çin-Qazaxıstan sərhədindən Avropa arasında yükdaşımalarda mühüm əhəmiyyətə malikdir. Bu marşrut xətti yükdaşımaların vaxtına, həmçinin yükdaşımalara çəkilən xərclərə qənaət etməyə imkan verir. Bu baxımdan, Azərbaycan iqtisadi strategiya baxımından hər zaman cəlbedici ölkə olaraq qalır.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. Beləki, 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Təşkilatın ən prioritet sahələri olan terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərdir. Beynəlxalq müstəvidə sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də respublikamız üçün mühüm əhəmiyyət kəsb edir. ŞƏT-in zirvə toplantısına Azərbaycanın dəvət edilməsi Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir.
Leyla Hüseynova
YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə
ərazi partiya təşkilatının sədr müavini