PDF Oxu

Siyasət

  • 2 141

Mühüm əməkdaşlığa strateji baxış və qlobal mövqe ŞƏRH

Mühüm əməkdaşlığa strateji baxış və qlobal mövqe ŞƏRH

Cari ilin iyulun 4-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında Azərbaycan Prezidenti cənab İlham Əliyev, ŞƏT-in sədri Qasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Plyus formatının bütün əsas tədbir və iclaslarında fəal iştirak edib, o cümlədən çıxış nitqi ilə ölkəmizin pespektivli gələciyini daha pespektevli edib. Ölkə Başçısı öz çıxışında strateji tərəfdaşlığın və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, mühüm mövqe nümayiş etdirmiş, Azərbaycanın bu beynəlxalq platforma çərçivəsində ümumi təşəbbüs və layihələri irəli sürməyə hazır olduğunu gösrətmişdir.

Siyasi əhəmiyyət baxımından, Azərbaycanın ŞƏT-in ardıcıl ikinci zirvə toplantısında iştirakı onun regional və beynəlxalq məsələlərdə fəal rolundan xəbər verir. Dövlətimiz, həmçinin regionun qlobal siyasət və iqtisadiyyat üçün strateji əhəmiyyətini vurğulayır. Nəqliyyat infrastrukturunun və iqlimə davamlılığın inkişafı təşəbbüsləri təkcə iqtisadi artıma kömək etmir, həm də beynəlxalq təhlükəsizliyi və sabitliyi gücləndirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı ictimaiyyətin diqqətini ciddi şəkildə cəlb edib. Onun çıxışında Azərbaycanın xarici siyasətinin əsas aspektləri öz əksini tapmaqla yanaşı, həm də ölkənin regionda və beynəlxalq aləmdə strateji əhəmiyyəti vurğulanıb.

Dövlətimizin Başçısı Azərbaycanı ŞƏT-ə üzv olan digər dövlətlərlə birləşdirən nəqliyyat dəhlizlərinin inkişafının vacibliyini vurğuladı. İnfrastrukturaya aktiv investisiyalar ölkəyə Avrasiya tranzit logistikasında öz rolunu gücləndirməyə imkan verir ki, bu da təkcə iqtisadi artıma deyil, həm də regionda geosiyasi sabitliyə töhfə verir.

İqtisadi əlaqələr və infrastruktur layihələri çərçivəsində cənab prezident Azərbaycan ilə ŞƏT-ə üzv ölkələr arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsində əsas rol oynayan nəqliyyat dəhlizlərinin, o cümlədən Şərq-Qərb və Şimal-Cənub layihələrinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, nəqliyyat infrastrukturuna əhəmiyyətli investisiyalar Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürmə qabiliyyətinin artırılmasına kömək edib və Şimal-Cənub dəhlizinin uğurlu fəaliyyətinə dəstək verib. Bu təşəbbüslər regional iqtisadiyyatın inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın Avrasiya qitəsində tranzit qovşağı kimi mövqeyini gücləndirir.

Beynəlxalq iqlim çağırışları kontekstində cənab İlham Əliyev noyabrda Bakıda keçiriləcək COP29 konfransının əhəmiyyətini vurğuladı. Azərbaycan, diqqəti iqlimin davamlılığı məsələlərinə cəlb etməyə və inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülər qurmağa hazırdır. Ələt dəniz limanının rəqəmsallaşdırılması və illik ötürmə qabiliyyətinin artırılması ilə bağlı təşəbbüslər ölkənin müasir ekoloji standartlara və davamlı inkişafa sadiqliyindən xəbər verir.Geosiyasi rola və beynəlxalq təhlükəsizliyə gəlincə, cənab İlham Əliyevin sammitdə iştirakı Azərbaycanın regionun geosiyasi arxitekturasında əhəmiyyətini də vurğuladı. Azərbaycan qlobal problemlərin həllinə yönəlmiş beynəlxalq təşəbbüsləri dəstəkləməklə beynəlxalq təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə fəal töhfə verməkdə davam edir.Cənab Prezident İlham Əliyevin ŞƏT-in Astana Zirvə toplantısındakı çıxışı Azərbaycanın təşkilat çərçivəsində birgə təşəbbüsləri təşviq etməyə və beynəlxalq əməkdaşlığı gücləndirməyə hazır olduğunu təsdiqləyir. İqtisadi əlaqələrin gücləndirilməsi, davamlı inkişaf və iqlimə davamlılıq çağırışları Azərbaycanın ŞƏT-ə üzv dövlətlərlə mühüm əməkdaşlığa strateji baxışını və ölkənin dünya miqyasında qlobal rolunu əks etdirir.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər