Demokratik dünyanın ayrılmaz hissəsi olan Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların üzvü olmaqla yanaşı bir sıra aparıcı dövlətlərlə iki və çoxtərəfli əməkdaşlıq münasibətləri qurur. Etibarlı tərəfdaşlıq əlaqələri Azərbaycanın dünya miqyasında yerinin və rolunun daha da möhkəmlənməsinə xidmət edir. Təkcə bir faktı qeyd etmək lazımdır ki, Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdi, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdi, Hərəkatın institusional inkişafına töhfə verdi, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdi, habelə Qadın Platformasının əsasını qoydu. Cari ilin noyabr ayında isə Azərbaycan COP29-a ev sahibliyi edəcək. Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcək və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacaq. İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilən tədbir də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etməsi və üzv ölkələrin dövlət başçıları ilə görüşü və dövlətlərarası əlaqələrin inkişaf etdirilməsinə yeni imkanlar yaradan müqavilələrin imzalanması ölkəmizin dünyada artan nüfuzunu1n göstəricisidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. “ŞƏT plyus” formatında keçirilən tədbir də Çin Xalq Respublikası ilə strateji tərəfdaşlığı nəzərdə tutan “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin imzalanması Azərbaycanın dünyada gedən proseslər də əsas aparıcı dövlətlərdən olduğunu göstərir.
Əli Kərimli Qərbin qaranlıq dairələrinin göstərişini yerinə yetirir
Ölkəmizin dünyanın aparıcı dövlətləri ilə, eləcə də nüfuzlu beynəlxalq təşkilatları əlaqələrini daha da genişləndirməsi bəzi məkrli dairələri ciddi narahat edir. Hansı ABŞ-ın, Avropanın məkrli dairələrindən ibarət olan həmin qüvvələr Qafqazda öz çirkin siyasətlərinin həyata keçirilməsinə cəhdlər göstərirlər. Bəzən isə əlaltıları olan Ermənistan vasitəsi ilə regionda gərginlik yaratmağa cəhdlər göstərirlər. İstəkləri baş tutmadıqda isə Azərbaycandakı təmsilçiləri rolunda çıxış edən dağıdıcı müxalifəti prosesə qoşurlar. Hər zaman əmrə müntəzir qul xislətində olan Əli Kərimli, Cəmil Həsənli və onların ətrafındakı trollar tapşırıqları böyük həvəslə yerinə yetirməyə çalışırlar. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin imzalanmasından sonra Əli Kərimlinin, Cəmil Həsənlinin və AXCP-nin televizor pultu kimi idarə olunan trollarının hay-küy qaldırmaları onlara xaricdən verilən göstərişin sərt olduğunu göstərir. Bu məxluqlar başlayıblar səs-küy salmağa ki, nəyə görə Çin Xalq Respublikası ilə strateji tərəfdaşlığı nəzərdə tutan sənəd imzalanıb. Eyni ilə ABŞ-ın və Avropanın qaranlıq dairələrinin Çinin dünya siyasətində və iqtisadi məkanda güclənən rolundan narahat formada səsləndirdiyi fikirlər. Bir qədər əvvəl, yəni 2022-ci ilin fevralın 22-də Rusiya ilə Azərbaycan arasında “Moskva bəyannaməsi” imzalanan zaman da ABŞ və Fransa başda olmaqla Avropanın köpək sürüsü belinə çomaq dəydiyindən zingildəyən tula kimi zarıldayırdılar. O zaman indi olduğu kimi dağıdıcı müxalif ünsürlər Azərbaycan dövlətinin uğurlu xarici siyasətinə qulp qoymağa çalışırdılar. Sübut etməyə cəhd edirdilər ki, Rusiya ilə yaxınlıq Azərbaycanın “demokratik” Qərb əlaqələrinə zərbə olacaq. Lakin qanmırlar ki, Qərbin və ABŞ-ın xarici siyasətində Ermənistanın maraqlarının təmin olunması əsas məsələlərdəndir. Əgər belə olmasa idi, Fransa Azərbaycana cəsus şəbəkəsi ixrac etdiyi hal da Ermənistana dağıdıcı gücə malik silahlarla və maliyyə yardımları ilə öz dəstəyini göstərməzdi. ABŞ Ermənistana hərbi dəstək göstərməklə yanaşı, ardıcıl olaraq hər il bu ölkədə hərbi təlimlər təşkil edir. Avropa İttifaqı deyilən “xristian klubu” Ermənistana yüz milyonlarla maliyyə yardımları ayırır. Bunun fonun da Azərbaycanın sözügedən ölkələrə və beynəlxalq təşkilatlara əl uzatması hansı məntiqə söykənə bilər ki? Bunu Ə.Kərimli anlamırsa deməli onun düşüncəsində problemləri var, digər tərəfdən nümayiş etdirir ki, bütün varlığı ilə özünü ABŞ-ın və Avropanın qaranlıq dairələrinə təslim edib.
Yanlış siyasət dağıdıcı müxalifəti sıradan çıxaracaq
AXCP sədri Əli Kərimli sosial şəbəkə hesabında və internet TV-lərə verdiyi müsahibələrində Azərbaycan-Çin əməkdaşlığına elə uydurma şərh verir ki, sanki sazişin imzalanması ilə ölkəmizin maraqları zərbə altına alır. Lakin başa düşmür ki, bugünkü reallıqda Çin dünya siyasətində və iqtisadi sfera da hegemon gücə və geniş imkanlara malik dövlətdir. Çinlə “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin imzalanması Azərbaycanın dünyada gedən proseslər də əsas aparıcı dövlətlərdən olduğunu göstərir. Bütövlük də isə sazişin imzalanması hər iki dövlətin maraqlarının təmin olunmasına xidmət edir. Təbii ki, bunu başa düşmək üçün siyasətçi olmağa ehtiyaca toxdur, sadəcə, vətənpərvər vətəndaş olmaq lazımdır. Görünən ondan ibarətdir ki, Ə.Kərimli də və onun ətrafında olanlar da vətənə bağlıq hissi yoxdur. Onların ki, ancaq qəpik –quruş qarşılığında xarici ağalarının tapşırıqlarını yerinə yetirməkdir ki, buna da onlar cəhdlər göstərirlər. Lakin atdıqları addımlar, dedikləri sözlər, işlətdikləri ifadələr iflasa uğrayır. İctimai rəy də tənqid olunublar, ittiham hədəfinə çevriliblər. Yenə də çaldıqları havanı ifa etməkdən əl çəkməyiblər. Bu isə onu təsdiq edir ki, onlar üçün pul hər şeydən üstündür. Belə siyasətin uzun müddət davam etməsi mümkünsüzdür. Çünki hər şey daimi ola bilməz. Bu baxımdan əminliklə demək olar ki, Ə.Kərimli və ətrafında olan trollar öz səhv siyasətlərinin acı nəticəsini yaşamalı olacaqlar.
İLHAM ƏLİYEV