Siyasət

  • 1 620

Baş prokuror Vyanada COP29-la bağlı görüş keçirib

image

Vyanaya işgüzar səfəri çərçivəsində Baş prokuror Kamran Əliyev BMT-nin Cinayətkarlıq və Narkotiklər İdarəsinin (BMTNCİ) direktoru vəzifəsini icra edən Con Brandolino ilə görüşüb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, C.Brandolino ölkəmizdə aparılan uğurlu xarici siyasətin, müsbət tərəfdaşlıq mühitinin formalaşması və uzunmüddətli səmərəli əməkdaşlıq nəticəsində bu il noyabrın 11-dən 22-dək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin önəmindən və Azərbaycanın qlobal ekoloji problemlərin həllinə töhfəsindən danışıb. Brandolino, həmçinin Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakıda keçiriləcək 29-cu konfransı münasibətilə də təbrik edərək, BMTNCİ-nin tədbirə mütləq şəkildə qatılacağını bildirib.

Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində BMT-nin müxtəlif institutları ilə əlaqələrin yüksək səviyyədə olduğunu deyib. COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu və BMTNCİ-nin birgə təşkilatçılığı ilə ölkəmizin sədrliyinin təşəbbüsü ilə "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi" mövzusunda yüksək səviyyəli tədbirin təşkilati məsələləri, biomüxtəlifliyin qorunması və ətraf mühitə təsir edən cinayətlərin aradan qaldırılması sahəsində əməkdaşlıq və digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev və Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli iştirak edib.

Digər xəbərlər