Siyasət

  • 1 943

NATO sualtı kabellərə hücumlar zamanı internetə çıxış yollarını axtarır

image

NATO Avropanın dənizaltı kommunikasiyalarına hücumlar zamanı internetə çıxış üçün alternativ vasitələrin tapılması layihəsinin maliyyələşdirilməsini dəstəkləyir. SİA xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, NATO-nun elm proqramı hücumlar və ya təbii fəlakətlər zamanı məlumatların dənizaltı kabellərdən peyk sistemlərinə problemsiz və fasiləsiz yönləndirilməsinə imkan verəcək layihənin hazırlanması üçün qrantı təsdiqləyib. Layihə İslandiya, ABŞ, İsveç və İsveçrə alimləri tərəfindən hazırlanır. Onun ümumi dəyəri 2,5 milyon dollardır.

Alyansın elmi proqramının rəhbəri layihənin yaxın vaxtlarda icrasına başlanılacağını qeyd edib.

Aprelin 16-da NATO Hərbi Dəniz Qüvvələri Komandanlığının vitse-admiralı Didye Malter bildirib ki, Avropa təhlükəsizliyinin asılı olduğu dənizaltı rabitə şəbəkəsi son dərəcə həssasdır.

Digər xəbərlər