PDF Oxu

Siyasət

  • 3 353

“Pezeşkianın ölkəmizə səfəri Azərbaycan-İran münasibətlərini daha da inkişaf etdirəcək“ - DEPUTAT FİKİR BİLDİRDİ

“Pezeşkianın ölkəmizə səfəri Azərbaycan-İran münasibətlərini daha da inkişaf etdirəcək“ - DEPUTAT FİKİR BİLDİRDİ

“İranda azərbaycanlı Məsud Pezeşkianın prezident seçilməsi ölkələrimiz arasında münasibətlərdə yeni bir səhifə aça bilər. Son vaxtlar Azərbaycan - İran münasibətləri normallaşma mərhələsinə qədəm qoymuşdu. Amma prezident İbrahim Rəisinin helkikopter qəzasında həlak olmasından sonra ölkələrimiz arası münasibətlərdə bir sakitlik yaranmışdı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib. Deputat bildirib ki, indi artıq Məsud Pezeşkian xalqın səs çoxluğu ilə yeni prezident seçilib və andiçmə mərasimindən sonra vəzifəsinin icrasına başlayacaq: “Düzdür, İranda dövlət siyasətini Ali dini lider müəyyənləşdirir. Bununla yanaşı Məsud Pezeşkian islahatçıdır və İranın siyasi kursunda müəyyən dəyişikliklər etməyə çalışacaqdır. Hətta prezident seçiləndən sonra seçkilərdə verilən bütün vədlər yerinə yetiriləcəyinə bir daha söz verib. Azərbaycan Prezidenti İlham Əliyev Pezeşkianı ilk təbrik edən dövlət başçılardan biridir. Dövlət başçımız həm də Məsud Pezeşkianı ölkəmizə rəsmi səfərə də dəvət edib. Hesab edirəm ki, Pezeşkianın ölkəmizə səfəri Azərbaycan-İran münasibətlərini daha da inkişaf etdirəcəkdir. Çünki, bizim birgə regional layihlərimiz və müzakirə etməli çoxlu mövzularımız var. Bu baxımdan Məsud Pezeşkianın İrana rəhəbrliyi ilə Azərbaycan-İran münasibətləri qarşılıqlı hörmət və fayda əsasında inkişaf edərək ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracağını hesab edirəm”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər