PDF Oxu

Siyasət

  • 3 624

Müsavat seçkiyə qatılmaqla AXCP-ni tullantıya çevirdi ANALİZ

Müsavat seçkiyə qatılmaqla AXCP-ni tullantıya çevirdi ANALİZ

Bu gün ki, reallıq ondan ibarətdir ki, möhtəşəm tarixi qələbənin sevincini yaşayan xalqımız işğaldan azad edilən ərazilərimizdə geniş miqyaslı quruculuq salnaməsini yaradır. Erməni terrorçularının 30 il ərzində viran qoyduğu ərazilərimizin bərpası fonunda insanlarımız öz doğma yurd-yuvalarına qayıdırlar. Azərbaycan aparılan quruculuq, abadlıq, bərpa işlərini heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan öz iqtisadi qüdrəti hesabına yenidən qurur. Böyük zəfər, parlaq qələbə, möhtəşəm quruculuq işləri dostlarımız sevindirir, düşmənin isə bağrını yarır. Təəssüflər olsun ki, bu gün ki, qürurverici tarixi günlər də dağıdıcı müxalifət xalqın deyil, məkrli qüvvələrin yanın da yer almağa üstünlük verir. Hətta elə vəziyyət yaranıb ki, ümumxalq bayram kimi qarşılanan parlament seçkilərinin gedişinə və nəticəsinə xələl gətirmək üçün AXCP və Milli Şura kimi tör-töküntülər seçki marafonun “boykot” edəcəkləri barə də absurd iddia ilə çıxış edirlər. Söz yox ki, bu mənasız iddia gülüş doğurmaya bilməz. Çünki. Milli Şura və AXCP cəmiyyət də heç bir sosial bazası və nüfuzu olmayan qurumlardır. Onların danışdıqları və dedikləri fikirlər sadəcə boş qazanı danqıltmaqdan başqa bir şey deyil. Onsuz da seçkilər də iştirak etməklə ictimai dəstək qazanmaq şansına malik deyil. Bunu özləri də şüurlu şəkil də anladıqlarından seçkilərdən kənarda qalıb, prosesləri uzaqdan izləməkdən başqa çıxış yolu görmürlər. Səbəbdə aydındır. Çünki bu üzdəniraq məxluqlar yanlış və xarici maraqlı dairələrin istək və arzularına uyğun siyasət aparırlar.
Azərbaycan hüquqi, demokratik dövlətdir və qanundankənar hər bir addım, hərəkət yol verilməzdir
Dağıdıcı müxalifətin uğursuzluğunu şərtləndirən amillərdən bir də xalqın etimadına və dəstəyinə deyil, birbaşa olaraq, xarici qaranlıq dairələrin siyasi-maddi dəstəyinə arxalanmalarıdır. Elələri var ki, xaricdəki havadarlarının dəstəyinə arxalanaraq, düşərgə daxilində meydan sulayıb, sonradan isə miskin durumla üzləşib. 2003-cü il 15 oktyabr prezident seçkiləri ərəfəsi Müsavatın başqanı az qala müxalifətin “xaç atasına” çevrilmişdir. Ancaq rüsvayçı seçki məğlubiyyəti İ.Qəmbəri müxalifətin “bomj”u səviyyəsinə enməsinə gətirib çıxardı. Ancaq uğursuzluğunu ört-basdır etmək üçün İ.Qəmbər 16 oktyabr iğtişaşlarını törətdi. Şəhərdə avtobusların hərəkətinə mane olan iğtişaşçılar, dükanların şüşələrini sındırb, insanlara xəsarətlər yetirdilər. Bununla da iğtişaşçılar şəhərdə ictimai siyasi sabitliyi pozmağa çalışdılar. Ancaq nəyəsə nail ola bilmədilər. Qısa müddətdə müxalif məxluqlar həbs edilərək, məhkəmənin qərarı ilə layiq olduqları cəzanı aldılar. 2005-ci il parlament seçkiləri ərəfəsi AXCP sədri Əli Kərimli Qələbə meydanından başlamaqla şəhər də kütləvi iğtişaşlar törətməyə cəhdlər göstərdi. Lakin xarici məkrli qüvvələrlə birgə qurulan təxribatlar nəticə vermədi. Asayişi pozmağa cəhd edənlər sərt şəkil də cəzalandılar. Bununla da nümayiş etdirildi ki, Azərbaycan hüquqi, demokratik dövlətdir və qanundankənar hər bir addım, hərəkət yol verilməzdir.
İsa Qəmbər ötən illərin uğursuzluğundan dərs götürdüyünü nümayiş etdirir
Səhvlərdən, yanlış əməllərdən nəticə çıxarmaq, dərs götürmək yaxşı əlamət hesab olunur. Ola bilər ki, düz yolun yolçusuna çevrilmək müsbət nəticələr versin. Bunu dağıdıcı müxalifətə şamil etmək çətin olsa da hər hal da təcrübə müəyyən işartılar vəd edir. Müsavat partiyası dağıdıcı xislətə və fəaliyyətə malik olsa da uğursuzluqlarından nəticə çıxartdığını nümayiş etdirməyə çalışır. Belə ki, Müsavat partiyası sentyabrın 1-də keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkilərin iştirak etməyə qərara verib. Artıq 30 –a yaxın namizədinin adının da açıqlayıb. Onlar üçün seçki də cüzi də olsa uğur qazanmaq çətin görünsə də, hər hal da oturub Əli Kərimli və cəbhəçi trollar kimi proseslərin arxasınca sürünməkdənsə proseslərin için də olmaq daha yaxşıdır. Bunu əsaslı şəkil də anladığından Müsavatın yeni dönəm üçün təzə başqanı İsa Qəmbər seçkilərə qatılmaq barə də qərar verib. Söz yox ki, seçkiyə qatılmamaq Müsavatın tamamilə dağılmasına gətirib çıxara bilərdi. Çünki Arif Hacılının başqanlığı dönəmində Müsavat tam şəkil də zibil qutusunun həndəvərində dolaşırdı. Bir məqam qalırdı ki, Müsavat tarixin zibilliyinə atılsın. İsa Qəmbər bu reallığı dərk etdiyindən bəzi dəyişikliklər etməklə yanaşı seçkilərə qatılmağı vacib hesab etdi. Bununla İsa Qəmbər həm də Milli Şuranı və AXCP-ni tullantıya çevirmiş oldu. Çünki Əli Kərimli və Cəmil Həsənli hesab edirdilər ki, onlara tay ola biləcək yoldaşları olacaq. Lakin İsa Qəmbər-Arif Hacılı cütlüyü onların bütün ümidlərini alt-üst etdilər. Müsavatın seçkiyə qatılması ilə Cəmil Həsənli və Əli Kərimli özlərini daha pis vəziyyət salmış olurlar. Ona görə ki, cəmiyyətə bir daha aydın oldu ki, bu məxluqların fəaliyyətini və siyasətlərini bir zaman eyni qabdan qidalandıqları dostları belə qətiyyətlə rədd edirlər. Bu isə siyasi intihara bərabərdir.

İLHAM ƏLİYEV

Digər xəbərlər