PDF Oxu

Siyasət

  • 2 044

Türk dünyasının birliyi ŞƏRH

Türk dünyasının birliyi ŞƏRH

Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb.

Azərbaycan hər zaman Türk Dövlətləri Təşkilatının fəaliyyətinə xüsusi diqqət yetirmiş və bu əlaqələrin gələcək inkişafına öz müsbət töhfələrini vermişdir.

Təşkilatın növbəti sammitinin Türk dünyasının mədəniyyət paytaxtında- Şuşada keçirilməsi ayrıca bir rəmzi xarakter daşıyırdı. Şuşa ötən il “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib.

İyulun 6-da təşkilatın qeyri-rəsmi Zirvə sammitindəki çıxışında da Azərbaycan lideri bir daha bəyan etdi ki, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və TDT-nin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir.

Prezident cənab İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib. Bu prosesin sürətlənməsi məqsədilə konkret addımlar da atır. Belə ki, Azərbaycan bugünlərdə təşkilatın katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb. Eyni zamanda, cari ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclası keçirilib və dövlət başçımız çıxışında bunu Türk ölkələri arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edən növbəti uğurlu addım kimi dəyərləndirib.

Öz çıxışında dövlətimizin başçısı birmənalı olaraq bəyan edib ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Bu fikrini əsaslandıran dövlət başçımız Türk dünyasının böyük coğrafi məkanı əhatə etdiyini, türkdilli ölkələrdə müsbət demoqrafik dinamikanın müşahidə olunduğunu, bu ölkələrin hərbi potensiallarının döyüş meydanlarında özünü dəfələrlə göstərdiyini diqqət mərkəzinə çəkib.

Qeyd olunub ki, ölkələrimizin zəngin təbii resursları, onların nəqli üçün mövcud olan müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, xalqlarımızın zəngin və qədim tarixi, ortaq mədəniyyətimiz Türk dünyasının böyük sərvəti, tükənməz potensialının göstəricisidir. Dövlət başçımız cənab İlham Əliyev öz çıxışında belə bir vacib məqamı da qeyd etdi ki, Keçən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır. Qarabağın tacı olan Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. Türkiyə və Azərbaycan liderləri tərəfindən iki qardaş ölkənin rəsmi müttəfiqliyinin əsasını qoyan Şuşa Bəyannaməsinin 2021-ci ildə bu şəhərdə imzalanmasından sonra, bu gün Qarabağ Bəyannaməsinin də məhz Şuşada imzalanması mühüm siyasi əhəmiyyət kəsb edir və bu, bütün dünyaya ünvanlanmış ciddi mesajdır.

Elmin MƏMMƏDOV,

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Digər xəbərlər