Siyasət

  • 477

Azərbaycanın növbəti beynəlxalq təşəbbüsü ŞƏRH

image

Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu gündəngünə artır. Şübhəsiz,bunun əsasında ölkə başçımızın yeritdiyi uğurlu siyasət və dövlət başçılarının Prezident İlham Əliyevə olan etimadı dayanır. Cənab İlham Əliyevin irəli sürdüyü fikirlər həm regionda, həm də beynəlxalq arenada yüksək qiymətləndirilir.

Prezident İlham Əliyev cari ilin 6 iyul tarixində Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında bəyan etmişdir ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir.

Şuşaya və işğaldan azad edilən digər bölgələrə müxtəlif ölkələrin liderləri ayrı-ayrılıqda səfərlər ediblər. Lakin bu mühüm regional, iqtisadi, siyasi məsələlərin müzakirə edilən sammit ölkə tarixində özünəməxsus yer tutur. Zirvə görüşü hər şeydən öncə azad olunmuş ərazilərdə qısa müddətdə təhlükəsiz həyatın təmin edildiyinin beynəlxalq səviyyədə nümayiş etdirilməsi demək oldu və perspektivdə bu ərazilərə həm siyasi, həm iqtisadi dividendlər vəd etdi. Yəni bu tədbirin Azərbaycanın və bütün türk dünyasının ən mühüm simvolik mərkəzlərindən biri olan Şuşada keçirilməsi həm bütün dünyaya bir mesaj, həm güc nümayişi, həm də həmrəylik əlamətidir.

Şuşaya və işğaldan azad edilən digər bölgələrə müxtəlif ölkələrin liderləri ayrı-ayrılıqda səfərlər ediblər. Lakin bu mühüm regional, iqtisadi, siyasi məsələlərin müzakirə edilən sammit ölkə tarixində özünəməxsus yer tutur. Zirvə görüşü hər şeydən öncə azad olunmuş ərazilərdə qısa müddətdə təhlükəsiz həyatın təmin edildiyinin beynəlxalq səviyyədə nümayiş etdirilməsi demək oldu və perspektivdə bu ərazilərə həm siyasi, həm iqtisadi dividendlər vəd etdi. Yəni bu tədbirin Azərbaycanın və bütün türk dünyasının ən mühüm simvolik mərkəzlərindən biri olan Şuşada keçirilməsi həm bütün dünyaya bir mesaj, həm güc nümayişi, həm də həmrəylik əlamətidir. Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir.

Ağaverdi Əliverdiyev

YAP Qusar rayon təşkilatının əməkdaşı

Digər xəbərlər