Siyasət

  • 1 471

“Qarabağ Bəyannaməsi türk tarixinin ən mühüm həmlələrindən biridir” - DEPUTAT ŞƏRH ETDİ

image

“Qarabağ Bəyannaməsi Türk dünyası tarixində yeni mərhələ hesab olunmalıdır. İlk növbədə ona görə ki, qütbləşmənin dərinləşdiyi hazırkı həssas məqamda Türk dövlətləri Şuşadan dünyaya vahid güc mərkəzi kimi səslənə bildi. Digər tərəfdən, sənədin Şuşada imzalanması və Qarabağ Bəyannaməsi adlandırılması özlüyündə simvolik və prinsipial əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. “Bildiyiniz kimi, Qarabağ və Şərqi Zəngəzur 30 il müddətində işğal və təcavüzə məruz qaldığı bir dövrdə qlobal miqyasda BMT qətnamələrinə rəğmən beynəlxalq hüququn bu pozuntusu ilə bağlı heç bir real reaksiyalar gəlməmiş, Gürcüstana, Ukraynaya, Moldovaya münasibətdə ərazi bütövlüyü məsələsində "prinsipial" mövqe göstərən Qərb Azərbaycan torpaqlarının 20 faizinin işğalda qalmasına susqunluq nümayiş etdirmişlər. Lakin bilirsiniz ki, Azərbaycan işğal və təcavüzə özünün güc və imkanları hesabına, hərbi-siyasi yolla son qoymuş, hazırda Livan ölçüdə ərazidə böyük quruculuq və bərpa prosesi böyük uğurla davam etdirilir”,- deyə o əlavə edib.Millət vəkili qeyd edib ki, həmçinin işğaldan azad olunmuş ərazilərdə əhalinin 30 illik məcburi köçkün həyatından sonra ləyaqətli şəkildə qayıdışının təmin olunması həyata keçirilir: “Eyni zamanda Azərbaycanın artan güc və imkanları deməyə əsas verir ki, bölgədə məhz Bakının əməliyyat şəraitinə tam nəzarət etməsi gələcəkdə Ermənistanın və havadarlarının hər hansı təxribat cəhdlərinin, o cümlədən beynəlxalq hüququn sərhəd toxunulmazlığı və dövlətlərin ərazi bütövlüyü prinsiplərinə istənilən təhdid perspektivini aradan qaldırır. Lakin görünən odur ki, münaqişəsiz bölgə bir çox Qərb dövlətlərinin və təsisatlarının maraqları ilə üst-üstə düşmür. Bu mənada, böyük əhali, ərazi və təbii ehtiyatlar potensialı ilə Türk dünyasının Azərbaycanın yanında olduğunu bəyan etməsi özlüyündə ciddi tarixi-siyasi hadisədir. Bu o deməkdir ki, Azərbaycanın beynəlxalq hüquq normalarında əksini tapan prinsiplərə əsaslanan mövqeyi dünyanın yüksələn gücü hesab edilən Türk dünyası tərəfindən qəti şəkildə dəstəklənməkdədir. Dərinləşən ziddiyyətlər fonunda Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində birmənalı şəkildə nəzarətə malik olan Türk dünyasının bu mövqeyi özlüyündə regionda sülh və sabitlik arzu etməyən qlobal subyektlər üçün ciddi siqnaldır”.B.Məhərrəmovun sözlərinə görə, Qərb subyektləri yaxşı başa düşür ki, bu xətlər olmadan iqtisadi və ticari maraqlarını nəinki regionda, bütövlükdə Avrasiya məkanında təmin etmək mümkün olmayacaq: “Bu mənada, Türk dünyasının Qarabağdan və Türk dünyası üçün prinsipial əhəmiyyət daşıyan Şuşadan bir daha birlik nümayiş etdirməsi özlüyündə Qərbin regiona yönəli siyasətinin də konturlarına birmənalı şəkildə təsir edəcək. Bu mənada, Qarabağ Bəyannaməsi Azərbaycan diplomatiyasının böyük uğuru, həmçinin möhtərəm cənab Prezidentin Türk dünyasının birliyi adına, bütövlükdə türk tarixinin ən mühüm həmlələrindən biri hesab olunmalıdır”.

Ləman Sərraf

Digər xəbərlər