Siyasət

  • 1 440

"Azərbaycan dünyanın konfliktli müzakirələrinin aparıla biləcəyi əsas mərkəzdir" - MÜNASİBƏT BİLDİRİLDİ

image

"Beynəlxalq münasibətlərdə bir neçə uzlaşdırıcı platforma var. Bunların içində idmanın, hansısa konfransların adını çəkmək olar. Beynəlxalq təşkilatlarda keçirilən zirvələrin adını çəkmək olar. Bunlarla yanaşı COP29 tədbiri kimi nüfuzlu tədbirlər də var". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.O bildirib ki, COP29 beynəlxalq siyasətin müəyyən olunmasında, dövlətlərin sonrakı fəaliyyətlərinin istiqamətlərinin aydınlaşdırılmasında mühüm rol oynayır: "Məsələn, diqqətlə fikir versək, görərik ki, COP29-un Bakıda keçirilməsi bu günə qədər özünün oynamadığı ən gözəl rolu oynayacaq. Təsəvvür edin ki, böyük ölkələrin, böyük kampaniyaların, şirkətlərin aşağı-yuxarı bütün lobbiləri o cümlədən də, onların nümayəndələri öz münasibətlərini aydınlaşdıracaqlar. Təxminən neft lobbisi, karbohidrogenlə bağlı yaşıl enerji tərəfdarları, avtomobil sənayesinin nümayəndələri, yarımkeçiricilər üzərində hegemoniya quranlar, neft şirkətlərinin nümayəndələri hamısı Bakıya gələcək. Bakıda qərarların alınmasına çalışacaqlar ki, lobbi vasitəsilə təsir göstərsinlər. Amma dəyişməyən məsələ var, emosiyaların azaldılmasına dünya birlikdə töhfə verməlidir".Onun sözlərinə görə, əslində önəmli müzakirə mövzularından biri ətraf mühitin çirklənməsində müharibələrin roludur: "Müharibələrin rolu davam edəcəksə, o zaman dövlətlərin birgə iqlim problemlərinin aradan qaldırılması imkanı nə qədər rentabelli olacaq? Yəni bu baxımdan Azərbaycanda keçirilən tədbirlərin, xüsusilə də ən sonuncusunu soruşsanız, COP29 əlahiddə rola malikdir. Amma bu birinci deyil.Azərbaycan beynəlxalq, nüfuzlu tədbirlərin çoxuna ev sahibliyi edib. Azərbaycan dünyanın konfliktli müzakirələrinin aparıla biləcəyi əsas mərkəzdir. Hesab edin ki, burada həm də bu günə qədər keçirilmiş digər tədbirlərə də baxmaq lazımdır. Rusiyanın NATO zirvəsi görüşü, Rusiya-Türkiyə, İsrail-Türkiyə görüşü, hansı ki, bunlar o zaman reallaşdırılmışdı ki, həmin güclər bir-birilə düşmən münasibətdə idi".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər