Yerlərdə seçkilərin mütəşəkkil keçirilməsi üçün məntəqə seçki komissiyalarında vəziyyətlə maraqlanmışıq. Komissiyaların binaları hər cür lazımi şəraitlə təmin olunmalıdır. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev növbədənkənar parlament seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün iyulun 10-da MSK-da keçirilən müşavirədə deyib.Prezidentin köməkçisi bildirib ki, işğaldan azad edilmiş ərazilərdə əvvəlcə 26 seçki məntəqəsi olduğu halda, indi daha 8 seçki məntəqəsi yaradılıb.PA rəsmisi seçki komissiyalarının rəhbərlərinə tövsiyə edib ki, hər hansı mənfi hallar aşkarlandığı halda müvafiq ünvanlara müraciət etsinlər.“Ölkəmizdə 125 seçki dairəsi üzrə seçicilərin sayı xeyli artıb. Avqustun 9-dək seçki dairələri üzrə açıq və qapalı yerlərin müəyyənləşdirilməsi başa çatdırılacaq.Z.Nagdəliyev, həmçinin deyib ki, seçkilərədək siyahını dürüstləşdirmək vacibdir.