Siyasət

  • 1 734

“Azərbaycan tərəfindən İrana qarşı pozitiv addımlar atılır“ - ŞƏRH OLUNDU

image

“İranda prezident hər hansı bir formada radikal qərarlar almaq səlahiyyətində deyil. Çünki İranın konstitusiyasına görə, burada idarəetmədəki əsas rolu mütləq şəkildə ali dini rəhbərlik oynayır. Eyni zamanda nəzərə almalıyıq ki, İranla Azərbaycan arasında münasibətlərdəki gərginliyin arxada qalması ilə bağlı da cəhdləri müşahidə edirik”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. Politoloq bildirib ki, xüsusilə Azərbaycan tərəfindən İrana qarşı pozitiv addımlar atılır: “Ümumiyyətlə İran-Azərbaycan münasibətlərində yaranan problemlərin kökündə də Azərbaycan rol oynamayıb.Məsud Pezeşkianın Azərbaycanlı əhaliyə xitab etməsi, azərbaycanlı olduğunu hər an vurğulaması müəyyən qədər İranın Azərbaycan siyasətində korrektələr etməsinə səbəb ola bilər. Düşünmürəm ki, yeni rəhbərlik Azərbaycanla İranın sabiq prezidenti Rəisi arasında əldə edilən razılaşmaları sabotaj etsin. Əksinə yaxın zamanlarda Azərbaycanın İrandakı səfirliyinin yenidən fəaliyyətə başlayacağı vurğulanır, bir sıra digər məqamlar da mövcuddur. Buna görə də yeni İran prezidentinin siyasətində Azərbaycanla əldə edilən razılaşmalara yenidən baxılmayacağını düşünürəm. Çünki hazırkı dövrdə Azərbaycan-İran münasibətlərini diplomatik mənada pozacaq hər hansı tendensiya müşahidə edilmir. Yeni İran prezidentinin verdiyi mesajlardan da görürük ki, İran-Azərbaycan münasibətlərində hələ ki, bir müddət hər hansı bir gərginlik müşahidə edilməyəcək”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər