Siyasət

  • 1 835

"Bu o dövr üçün ən mühüm hadisələrdən biri idi" - ŞƏRH EDİLDİ

image

“Azərbaycan xalqı uzun illər əvvəl İslam dinini qəbul edib və bu dini inanclar onun həyatında çox mühüm rol oynayır. Xüsusilə İslamın qəbulu Azərbaycanda olan xalqların birləşməsinə gətirib çıxartdı. Dini dəyərlər, adət-ənənələr Azərbaycanda yaşayanları birləşdirə bildi. Bu o dövr üçün ən mühüm hadisələrdən biri idi. Azərbaycan xanlıqları və cümhuriyyət dövründə də İslam dini böyük dəyərləri xalqa çatdıra bilib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib. Deputat bildirib ki, müstəqil Azərbaycan xanlıqlarının işğalından sonra çar Rusiyası ərazini xristianlaşdırmaq üçün erməniləri bura köçürtdü: “Beləliklə İslam dinina qarşı həm dövlət, həm də köçürülən əhali tərəfindən qadağalar qoyuldu. Azərbaycan xalqı öz dini dəyərlərini qorumaq üçün mübarizə aparırdı. O zaman ali dini təhsil Azərbaycandan kənarda idi və yüzlərlə azərbaycanlı başqa şəhərlərə ali dini təhsil almaq üçün üz tuturdular. Çar Rusiyası dövründə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin dini dəyərlərin qorunub, saxlanılmasında müstəsna rolu olub.Azərbaycan Sovet dönəmində dövlətdən ən çox zərbə alan da məhz din, İslam dini oldu. Belə ki, din adamlarının bir hissəsi güllələndi, bir hissəsi Sibirə sürgün edildi, bir hissəsinin isə səsi alındı. Heç bir evdə Quran saxlamaq olmazdı, qadağa edilmişdi. Həmçinin dini dəyərlərin təbliği də böyük cinayət idi. Buna görə də yetmiş illik Sovet dönəmində İslam dini çox şey itirdi. Xüsusilə itirdiklərimizin içərisində dini abidələrimiz və məscidlərimiz yer alırdı. Məscidlərin bir hissəsi məhv edildi, bir hissəsi bağlandı, bir hissəsi isə Sovet dövrünün tələblərinə uyğunlaşdırıldı. Amma Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra din-dövlət münasibətləri tənzimləndi. Bu münasibətlərin tənzimlənməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Azərbaycan müstəqilliyinin ilk illərində 17 məscidə sahib idisə, bu gün artıq 2500-dən çox məscid fəaliyyət göstərir.Dini təhsil almaq üçün mədrəsələrin, ali məktəblərin yaradılması və son illərdə fəaliyyətə başlayan Azərbaycan İlahiyyat İnstitutu sağlam dinin təbləğində çox böyük rola sahibdir. Bu ali məktəb ödənişsizdir, kifayət qədər güclü müəllim heyəti ilə əhatə olunub, həmçinin dövlət bu təhsil ocağının inkişafı üçün lazımi addımları atır. Bu baxımdan artıq ölkəmizdə savadlı din xadimləri yetişir”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər