PDF Oxu

Siyasət

  • 2 189

"Bu ayda hər cür sevinmə formaları qadağan edildi" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bu ayda hər cür sevinmə formaları qadağan edildi" - MÜNASİBƏT BİLDİRİLDİ

"Məhərrəm ayı dörd haram aydan biridir. Bu ay Həzrət Hüseyn şəhid olunmamışdan öncə müsəlmanlar arasında önəmli ay idi". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, i.f.d. Vüqar Səmədov deyib.O bildirib ki, xüsusilə, ayın onunda bir çox əlamətdar hadisələr olmuşdur, yəni Quranda adı qeyd olunan Peyğəmbərlər üçün qurtuluş günü olmuşdur: "Məsələn Musa Peyğəmbərin Firovunun zülmündən qurtulduğu, Yunus Peyğəmbərin balığın qarnından, Yusuf Peyğəmbərin zindandan, Nuh Peyğəmbərin tufandan xilas olduğu, bunun kimi hadisələrin baş verdiyi gün sayılır. Bu günü sünni dünyasında oruc tutaraq və Aşura şirniyyatı bişirilərək qeyd edərlər. Ancaq Peyğəmbərimizin nəvəsi və bir çox əhli mənsubu ilə bərabər 70 nəfərdən çox insanın Kərbəlada Yezid və tərəfdarları tərəfindən şəhid edilməsi ilə bərabər şiə dünyasında bu ay matəm ayı elan olundu. Matəmdə insanlar necə davranırlarsa, elə etdilər, yəni İmam və bərabərində şəhid olanlara iki ay yas saxladılar.Evlənmək, şadyanalıq etmək, bildiyiniz hər cür sevinmə formaları qadağan edildi. Bu günlərin hər birində Kərbəlada baş verən hadisələr yada salınaraq ağılar və mərsiyələr söyləndi. Məhərrəmin 9-u 10-nu isə xüsusi qeyd olunacaq Aşura tasüra olduğu üçün İmam Hüseyn bu gündə şəhid edilib".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər