Siyasət

  • 2 844

“Boykot”çular özlərini tələyə saldılar -ANALİZ

image

Bu gün ki, reallıq ondan ibarətdir ki. hüquqi və demokratik dövlət quruculuğuna sədaqətli olan Azərbaycan dünyanın ən azad və demokratik ölkəsi olaraq tanınır və qəbul edilir. Keçirilən bələdiyə, parlament, prezident seçkiləri beynəlxalq norma və qaydalara, eləcə də Azərbaycanın qəbul etdiyi qanunvericilik aktlarına uyğunu təşkil edilir və keçirilir. Xalqın yüksək fəallığı ilə keçirilən hər bir seçki nəticə etibarı ilə Azərbaycanın müstəqillik tarixinə növbəti parlaq seçki ənənəsi olaraq yazılıb. Getdiyi yola sədaqətli olan Azərbaycan sentyabrın 1-də keçirilməsi planlaşdırılan parlament seçkilərində də ənənəsini davam etdirəcəyi şübhəsizdir. Çünki xalqın istəyi, hakimiyyətin siyasi iradəsi bunu deməyə əsas verir.

Təbii ki, bu dəfə də xalq qazanacaq və seçkidən qalib olaraq çıxacaq. Düzdür qazanda fırtına yaratmağa çalışan məkrli qüvvələr, xüsusilə də AXCP və Milli Şuradan ibarət olan dağıdıcı məxluqlar hər vəchlə xalqın seçim, seçmək hüuquqna xələl gətirməyə çalışırlar. Bəzən də başqalarının sifarişi ilə ciblərinə yığdıqları daşları anlaqsız olaraq ora-bura atmaqla ictimai rəy də çaşqınlıq yaratmağa cəhd edirlər. Bununla da dağıdıcı müxalif ünsürlərin tez-tez səsləndirdikləri “Vətən”, “Xalq” sözləri sadəcə siyasi divident əldə etmək üçün deyilən boş və mənasız fikirdən başqa bir şey olmadığını nümayiş etdirilər. Əli Kərimli, Cəmil Həsənli və onların ətrafında olan trolların başlıca hədəf və məqsədləri ölkəmizin imicinə xələl gətirilmək və erməni lobbisinin istəyinin yerinə yetirməkdir. Bunun adı isə satqınlıq və xəyanətdir. Həmin satqınlar hələ 2020-ci ilin iyulunda Tovuz rayonu erməni terrorçuları tərəfindən intensiv atəşə məruz qalarkən 43 siyasi partiyanın hazırladığı “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair” bəyanatını imzalamaqdan imtina etmişdilər. 44 günlük Vətən Müharibəsi zamanı bir neçə dəfə siyasi partiyalar bir araya gəlib beynəlxalq təşkilatlara Ermənistanın vandal hərəkətləri və dinc sakinlərin raket atəşinə tutulmasına etiraz əlaməti olaraq bəyanatlar , müraciətlər ünvanladıqları zaman Müsavat və AXCP həmin müraciətlərə qoşulmaqdan imtina etdilər. Prezident Adminstrasiyasında siyasi partiyaların rəhbərləri ilə keçirilən görüşlərdə AXCP və Müsavat funksionerləri qatılmadılar. Hətta siyasi dialoq çağırışlarına da əhəmiyyətsiz yanaşdılar. Bütün bunlar Əli Kərimlinin, Cəmil Həsənlinin və onların trollarının şər qüvvələrdən asılı olduqlarını göstərir. İndiki məqamda dağıdıcı ünsürlər o dərəcə ağıllarını itirib, başlarından olublar ki, seçkiləri “boykot” etmək kimi absurd iddia ilə çıxış edirlər. Hər gün Cəmil Həsənli və Əli Kərimli baş-başa verib seçkilərlə bağlı şər və böhtanlar səsləndir, dezinformasiya xarakterli informasiyalar yayırlar.

Əli Kərimli siyasi proseslərin arxasınca sürünür

Eyni mərkəzin vahid tezisini icra edən dağıdıcı müxalifət səhvlərindən nəticə çıxarıb, ümumxalq tədbirə qatılmaq əvəzinə təkrar olaraq yanlış siyasətlərini davam etdirirlər. İlk öncə seçkilərə hazır olmadıqlarını bildirən AXCP və Milli Şura funksionerləri sonradan seçkiləri “boykot” edəcəklərini bəyan etdilər. Bununla özlərini tələyə salmış oldular. Çünki ilk dönəm də “seçkiyə hazır deyilik” deyirdilər. Hətta Ə.Kərimli Qənimət Zahidin “Azərbaycan saat”ına müsahibəsində “yayın istiləri başa çatmamış Azərbaycan hakimiyyətinin parlament seçkilərinin keçirilməsi qərarını verməsi başa düşülən deyil” bildirmişdir. Bir qədər də özünü rüsvay edərək söyləmişdir ki, “imkan vermək istəmirlər ki, parlament seçkiləri COP29-a, payız aylarına qalsın”. Bu məxluq anlamır ki, seçki marafonun keçirilməsi qərarının verilməsi o demək deyil ki, ümumxalq tədbir növbəti həftə keçiriləcək. Seçki qanunvericiliyinə görə, marafon ən az 60 gündən sonra baş tutacaq, Yəni artıq elan olduğu kimi seçkilər sentyabrın 1-də keçiriləcək. Deməli seçkilər qızmar yayın istisində deyil, payız fəsli öncəsi baş tutacaq. Digər tərəfdən bu kimi ümumxalq tədbirlər də iştirak etmək üçün bəhanəyə yer olmamalıdır. Özünə güvənən istənilən iddialı partiya və onun lideri hər bir stuasiyaya hazır olmalıdır. Onu da nəzərə almaq lazımdır ki, hələ bir il öncədən parlament seçkilərinə hazırlıqla bağlı siyasi arenada müzakirələr aparılırdı. Hətta “şizofrenik” xəstə olduğu bildirilən Real partiyasının sədri İlqar Məmmədov parlament seçkilərinə hazırlıqla bağlı özünün təşkilat komitəsini yaratdığını və namizədliyini irəli sürəcəyi dairəni müəyyənləşdirdiyini bildirmişdir. BAP, Ümid, AMİP, ADP və digər partiyalar da seçkiyə tam hazır olduqlarını qeyd etmişdilər. AXCP sədri Əli Kərimlinin “seçkiyə hazır deyilik” deməklə sadəcə öz ayıbını ört basdır etməyə cəhd edir. Əslində anlayır ki, onun və partiyasının seçkidə iştirak etmək üçün heç bir resursu yoxdur. Bunu anladığından növbəti mərhələ də bəhanəsinə “boykot” donunu geyindirməyə çalışır. Lakin yuxarıda qeyd etdiyim kimi bu bəhanəsi də işinə yaramayacaq. Daha doğrusu onun özünün ifşasını bir qədər də dərinləşdirmiş olacaq. Çünki onların cəmiyyət də heç bir mövqeləri və sosial bazaları yoxdur. Seçkilərə qatılmamaqla heç nə əldə etməyəcəklər.

“Boykot”çular seçki prosesinə cüzi belə təsir etmək imkanına və gücünə malik deyillər

Azərbaycan cəmiyyətində böyük fəallıq müşahidə olur. Həm COP29 konfransının, həm də parlament seçkilərinin keçirilməsi ictimaiyyət arasında böyük məmnunluq hisləri yaradıb. Bu sevincə sevinc qatan başlıca amil isə hər iki mühüm tədbirin Azərbaycanın suverenliyinin təmin olunduğu bir vaxta təsadüf edir. Qürurverici sevincli anların yaşandığı bir dövr də tarixi proseslərdən kənar da qalmaq vətəndaşlıq məsuliyyətini dərk edilməsinin göstəricisi sayıla bilər. AXCP sədri Əli Kərimli və Milli Şuranın rəhbəri Cəmil Həsənli seçkilərdən kənar da qalmağa üstünlük verməklə tədbiri deyil, özlərini boykot etmiş olurlar. Həm də bu seçkilərin sonu onlar üçün siyasətin bitdiyi demək olacaq. Çünki inandırıcı deyil ki, növbəti seçki prosesinə qədər onlar siyasət də qala bilsin. Bu baxımdan demək olar ki, seçkiyə qatılmamaqla Əli Kərimli, Cəmil Həsənli və ətrafında olanlar özləri özlərini tələ salmış oldular.

İLHAM ƏLİYEV

Digər xəbərlər