PDF Oxu

Siyasət

  • 2 526

“Bəyannamə TDT-nin beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayacaq” - ŞƏRH EDİLDİ

“Bəyannamə TDT-nin beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayacaq” - ŞƏRH EDİLDİ

“Bu gün Şuşanın adı təkcə böyük qələbəmizin simvolu deyil, həm də Cənubi Qafqazın, Türk və İslam dünyasının gələcək münasibətlərinin, birgə inkişafının, mədəni münasibətlərimizin yenidən formalaşdığının ünvanı kimi tarixin şanlı səhifəsinə yazılıb. Bu gün Azərbaycan sülhün, birgəyaşayışın təşəbbüskarı rolunda çıxış edir, mühriban qonşuluq münasibətlərini təşviq edir. Şuşanın adı da belə xoşməramlı tədbirlərin keçirildiyi yer kimi dillərdə əzbər olub. Şuşa şəhəri TÜRKSOY tərəfindən 2023-cü ildə "Türk dünyasının mədəniyyət paytaxtı", ICESCO tərəfindən isə 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan olundu. 2021-ci il iyunun 15-də iki qardaş dövlət - Azərbaycan və Türkiyə imzaladıqları Şuşa Bəyannaməsi ilə bu şəhərdə münasibətlərini rəsmi müttəfiqlik səviyyəsinə ucaldıblar”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, siyasi analitik Aydın Hüseynov deyib. A.Hüseynov bildirib ki, indiyə kimi Şuşada çoxsaylı beynəlxaq konfranslar keçirilib, bir çox ölkələrin rəsmi nümayəndələri mədəniyyət paytaxtına səfər edib, önəmli qərarlara, tarixi sənədlərə imza atıblar: “Türk dünyasının nəbzi Qarabağın incisi olan Şuşada döyünüb. Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Macarıstan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyətinin prezidentləri, Türk Dövlətləri Təşkilatının Baş katibi mərasimdə iştirak ediblər. Qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsinin imzalanıb, TDT-nin dövlət başçıları Azərbaycanın bir sıra beynəlxalq layihələrlə bağlı səylərini yüksək qiymətləndiriblər. Bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsini, gömrük nəzarətinin sürətləndirilməsi, bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla türk dövlətləri arasında enerji sahəsində strateji tərəfdaşlığın əhəmiyyəti kimi vacib elementlərdir. Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsi layihəsini də (Yaşıl dəhliz) bura əlavə etsən qardaş ölkələr arasında gəlcəkdə daha hansı imkanların yaranacağını indidən təsəvvür etmək olar”.Millət vəkilinin sözlərinə görə, Qarabağ Bəyannaməsinin Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayacağı mütləqdir: “Nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi yeni çağırışlar fonunda əhəmiyyətlidir, Orta Dəhlizin fəaliyyətinə maraq hər gün artır. Azərbaycan Orta Dəhlizin inkişafı üçün müxtəlif layihələr həyata keçirib və bu gün də proses davam etməkdədir. Bakı-Tbilisi-Qars dəmiryolunun imkanları 5 dəfəyədək artırılıb, Xəzər dənizində 50-dən çox ticarət gəmisinin olması Azərbaycanın Türk dövlətləri üçün önəmli tranzit ölkə olduğunu göstərir”.

Ləman Sərraf

Digər xəbərlər