“COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın bir daha dünya miqyasında tanınması üçün mühüm tədbir olacaq. Bu cür tədbiri bütün parametrləri ilə keçirə biləcək gücə malik dövlət olaraq Azərbaycan ciddi şəkildə COP29-a hazırlıq işləri həyata keçirir”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev deyib.O bildirib ki, konfrans çərçivəsində ölkəmizə gələn 70 mindən artıq qonaq Azərbaycanın tarixi ilə tanış olacaq və bu dünya mətbuatı tərəfindən işıqlandırılacaq: “Azərbaycan bir daha bütün gücünü, potensialını dünyada nümayiş etdirəcək. Ulu Öndərin ekoloji siyasətini uğurla davam etdirən ölkə başçısı İlham Əliyev yaşıl enerjiyə keçid istiqamətində mühüm işlər görülməsinə nail olur. Bunun nəticəsidir ki, bu gün Azərbaycan COP29-a ev sahibliyi edə biləcək gücə sahibdir. Xüsusilə də konfransın Azərbaycanda keçirilməsinə yekdilliklə dünya dövlətlərinin səs verməsi dövlətimizə olan etimadın göstəricisidir”.
Müəllif: Səbinə Hüseynli