PDF Oxu

Siyasət

  • 2 814

“AXCP ancaq “Facebook”da uğursuz bloggerliklə məşğuldur” - DEPUTAT TƏNQİD ETDİ

“AXCP ancaq “Facebook”da uğursuz bloggerliklə məşğuldur” - DEPUTAT TƏNQİD ETDİ

“Nurəddin Məmmədlinin statusu AXCP-nin seçkiyə hazır olmadığını göstərir. Bütün cəhdlərinə baxmayaraq, hər bir ritorikanı işə salmaqlarına baxmayaraq AXCP Azərbaycan cəmiyyətində nüfuz qazana bilmir. Çünki onun siyasi xətti Azərbaycanın dövlət müstəqilliyinin əleyhinə yönəlir. AXCP-nin təbliğ etdiyi Azərbaycanı xaricdə müəyyən dairələrin təsiri altına salınmasına istiqamətlənib. Torpaqlarımız düşmən tapdağı altında olanda AXCP bir dəfə də olsun, erməni işğalını pisləmədi və ya beynəlxalq təşkilatlara, aparıcı dövlətlərə Azərbaycanın haqq işini müdafiə etməsini dəstəkləmədi. AXCP rəhbərli heç bir şəhidin dəfn mərasimində iştirak etmədi, hansısa bir qazinin problemləri ilə maraqlanmadı”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputat vurğulayıb ki, seçkidə iştirak sərbəstdir: “AXCP isə bu seçkiyə hazır deyil. Bu partiyanı dəstəkləyənlərin də sayı çox azdır. Bu baxımdan AXCP indiyədək parlament seçkilərində öz namizədlərini irəli sürməyib. Bu cür statuslar isə öz uğursuzluqlarına indidən haqq qazandırmaq cəhdlərindən biridir”.A.Mirzəzadə qeyd edib ki, bu gün AXCP ancaq “Facebook”da bloggerlik etməklə məşğuldur: “Hətta bu AXCP-nin bu fəaliyyəti belə uğursuzdur. AXCP-nin fəaliyyəti reallıqdan uzaq, mövqeyi isə şər-böhtan atmaq, Azərbaycanın milli maraqlarını ayaq altına atmaqdan ibarətdir. Onların mövqeyindən asılı olmayaraq Azərbaycan sentyabrın 1-də demokratik və şəffaf parlament seçkisi keçirəcək. Kifayət qədər partiyalar seçki üçün öz namizədliyini irəli sürüb. Bir müddətdən sonra artıq seçkiqabağı təbliğat kampaniyası başlayacaq. Azərbaycan növbəti dövlətçilik və demokratiya imtahanını yüksək səviyyədə verəcək”.

Ləman Sərraf

Digər xəbərlər