YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbyacanda ilk dəfə siyasi hakimiyyətə gəlməyinin 55-ci il dönümünə həsr olunmuş “15 iyul 1969-cu il:Uğurlu inkişaf yolunun başlanğıcı” adlı tədbir keçirilib.
YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov,Azərbaycan Respublikası Milli Məclisinin deputatları-Elnur Allahverdiyev, Səbinə Xasayeva,Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov, “91-lər”dən biri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov,XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri Fərhad Qaraşov, “Bakı Metropoliteni” QSC-nin inşaat sektorunda uzun illər səmərəli fəaliyyət göstərmiş, ölkəmizdə tikinti və sənaye sahəsində çalışmış Şaiq Eyubov, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayon hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Yasamal rayon və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və fəal gənclər iştirak edib.
Tədbirin rəsmi hissəsindən öncə Fəxri Xiyabanda müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarı önünə tər gül dəstələri düzülüb. Sonra Yasamal rayonunda yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunaraq şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, Kompleks önünə gül dəstələri düzlüb.
YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ulu Öndər Heydər Əliyevin Azərbyacanda ilk dəfə siyasi hakimiyyətə gəlməyinin 55-ci il dönümünə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbiri giriş nitqi ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, 1969-cu ilin 14 iyul günü Azərbaycanın tərəqqi yolunun başlandığı əlamətdar bir gün kimi tariximizə həkk olunub. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi həmin gün respublikamız inkişaf dövrünə qədəm qoyub. Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində özünün yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən qərarları, tükənməz enerjisi, qətiyyəti ilə Azərbaycanı keçmiş sovetlər birliyinin ən geri qalmış aqrar ölkəsindən ittifaqın ən qabaqcıl və müstəqil şəkildə özünü təmin edə bilən bir ölkəsinə çevirib. Həmin illərdə xalq təsərrüfatının bütün sahələrində öz tarixində görünməmiş artım templəri nümayiş etdirən Azərbaycanda milli gəlirin və əmək məhsuldarlığının dəfələrlə artımı baş verib. Qeyd olunan dövrdə respublikadan kənara oxumağa göndərilən tələbələrin illik sayı əvvəlki dövrlərə nisbətən 10 dəfəyə qədər artıb, milli iqtisadiyyatın tələbləri əsasında işçi qüvvəsi yetişdirmək üçün orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsi dəfələrlə genişləndirilib, məşğulluğun artımı yanaşı, əməkhaqqı və digər sosial ödənişlərin dəfələrlə artırılması təmin edilib. Qeyd olunub ki, bu gün ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davamlı olaraq inkişaf etdirilməsi nəticəsində Azərbaycan dinamik inkişafa nail olub, mühüm tarixi uğurlara, qələbələrə imza atıb. Vətənimizin əldə etdiyi uğurlarının aspektində tarixi Qələbələrimiz və bu Zəfərlərdə Ulu Öndər ideyalarının əsas həlledici rola malik olmasını xüsusi qeyd etmək lazıdır. Bu tarixi Zəfərləri və ərazi bütövlüyümüzün təmin olunması mahiyyət etibarilə Ümummilli Liderimizin müəyyən etdiyi və Onun layiqli siyasi davamçısı cənab Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi və inamla həyata keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir. Bu gün ölkəmiz ulu öndər Heydər Əliyev ideyları ilə inkişaf edir. Bu ideyalar da öz növbəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərlərin əldə olunmasının təməlini təşkil edir.
Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanovqeyd edib ki,1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna özəlliyi var. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüçdür. Əlavə olub ki, Ümummilli Liderin layiqli davamçısı olan Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu ulu öndər Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır.Bu gün Azərbaycan xalqı unudulmaz Rəhbərin layilqli siyasi davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə xoşbəxt gələcəyimiz üçün açılan yolla qətiyyətlə addımlayır. Bu yol heç şübhəsiz Tarixi Zəfərlərimizin əldə olunması ilə daha da aydınlanmışdır.
“Bakı Metropoliteni” QSC-nin inşaat sektorunda uzun illər səmərəli fəaliyyət göstərmiş, ölkəmizdə tikinti və sənaye sahəsində çalışmış Şaiq Eyubovçıxış edərək bildirib ki, ümummilli Lider Heydər Əliyev Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü respublikamızın bütün sahələrdə sürətli inkişaf dövrünə qədəm qoyduğu bir gün kimi tariximizin şanlı səhifəsinə çevrilib. Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən qərarları, tükənməz enerjisi, qətiyyəti ilə Azərbaycan ötən əsrin 70-80-ci illərində böyük tərəqqiyə nail olub, keçmiş sovetlər birliyinin ən geri qalmış aqrar ölkəsindən ən qabaqcıl sənaye ölkəsinə çevrilib, müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməli qoyulub. Bu da bir həqiqətdir ki, müasir Azərbaycan dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, ulu öndər Heydər Əliyev olmuşdur. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Bildirilib ki, xalqımız dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin işıqlı xatirəsini daim uca tutaraq minnətdarlıqla anır və Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan onun müdrik və uzaqgörən siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolunda inamla irəliləyir, tarixi nailiyyətlərə, Qələbələrə imza atır.
Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü,Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərovqeyd edib ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dövrünün müstəsna yeri vardır. Bu dövr öz başlanğıcını 1969-cu il 14 iyul tarixindən götürür. Məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi həmin gün müstəqil və qüdrətli Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurların təməl tarixi kimi xatırlanır. Bu tarix həm də Azərbaycanın yad ünsürlər içərisində assimilyasiyasının xilası, xalqın özünəqayıdışının başlanğıcıdır. 1969-cu ildən bu günədək yarım əsrdən çox vaxt keçir. Azərbaycanın dövlətçilik tarixində qazanılmış ən böyük uğurların başlanğıcı məhz o dövrdə olub. Bu isə o deməkdir ki, Azərbaycanın bir dövlət kimi mövcudiyyəti, inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Vurğulanıb ki, 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi müstəqil Azərbaycanın daha da güclənməsinə səbəb olmuşdur. Bu güc ulu öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ölkəmizi daha da inkişaf etdirməyə, dünyada böyük nüfuz qazanmasına imkan vermişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderimizin siyasi kursuna sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Heç kəsə sirr deyil ki, bu siyasi kursun şah əsəri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan ordusunun əldə etdiyi Şanlı Qələbələrdir.
Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman,Partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri və YAP Yasamal rayon təşkilatında könüllülük fəaliyyətini uğurla başan vuran könüllülərə sertifikatlar təqdim edilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.