ABŞ prezidentliyinə namizəd olan Sabiq Ağ Ev sahibi Donald Trampa qarşı sui qəsd cəhdi edilib. Ən son məlumata görə D.Tramp Pensilvaniya ştatında tərəfdarları qarşısında çıxış edərkən naməlum şəxs tərəfindən güllələnib. Onun qulağından güllə yarası aldığı bildirilir.
***
Ən son məlumata görə D.Trampa güllə açan şəxs təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Sabiq prezidentin seçki qərargahının məlumatında onun səhhətinin normal olduğu deyilir.
Mətləb Salahov