PDF Oxu

Siyasət

  • 6 156

“55 il əvvəl başlayan yol Azərbaycanın minilliklər boyu bələdçisi olacaq” AÇIQLAMA

“55 il əvvəl başlayan yol Azərbaycanın minilliklər boyu bələdçisi olacaq” AÇIQLAMA

“Ulu Öndər Heydər Əliyevin siyasi təfəkkürünün qüdrəti və miqyası zaman keçdikcə daha dərindən dərk olunmaq zərurəti yaradır”. Bu fikirləri “Səs” qəzetinə açıqlamasında siyasətşünas alim, dosent Sənan Həsənov Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 55 illiyi ilə bağlı fikirlərini bildirərkən deyib. Siyasətşünas alimin sözlərinə görə, Dahi Öndər hər iki ziddiyyətli və böyük siyasi təlatümlər zamanında nəinki xalqını fəlakətlərdən, parçalanmadan və katalikizmlərdən xilas edib, hətta onun taleyinə əbədi xoşbəxtliklər bəxş edib: “O, xilaskar-qurucu, birləşdirici siyasi lider kimi qüdrətli dövlətin gələcəyini təmin edən möhkəm dövlətçiliyin əsaslarını bərqərar etməklə xalqı vahid ideologiyada birləşdirən və qalibiyyət yaşadan siyasi varisliyin uğurlu nümunəsini yaradıb. Bu, Heydər Əliyev şəxsiyyətində Ümummilli lider, Ulu Öndər kimi statusun əbədiliyini təsdiq edən başlıca amildir”.

Siyasətşünas alim, dosent Sənan Həsənov onu da bildirib ki, tarixin nadir hadisələrindəndir ki, Ulu Öndər Heydər Əliyev epoxası ağıllı gücə əsaslanan, bütün hədəflərə nail olan və gələcəyə aydın platforma ilə gedən müdrikliyə sahibdir: “Bu müdriklik güclü dövlətə sahib olmağın unikal modelini Qalib Azərbaycanın timsalında yaradıb. Azərbaycanın tarixində 55 il əvvəl başlayan bu yol təkcə bu gün kü güclü Azərbaycanın taleyini deyil, daha güclü Azərbaycanın mövcudluq strategiyasının minilliklər boyu bələdçisi olacaq”.

Digər xəbərlər