PDF Oxu

Siyasət

  • 2 249

"ABŞ siyasi həyatında nüfuzlu lider çatışmazlığı var" - MÜNASİBƏT BİLDİRİLDİ

"ABŞ siyasi həyatında nüfuzlu lider çatışmazlığı var" - MÜNASİBƏT BİLDİRİLDİ

“İstənilən siyasi liderə qarşı sui-qəsd cəhdi qəbuledilməzdir və bu pislənməlidir, buna heç cür yol vermək olmaz. ABŞ tarixində buna bənzər hadisələr çox olub, indi də bu baş verir, seçki öncəsi belə siyasi rəqabətlər daha çox qızışır. Lakin biz öyrəşmişik ki, son illər siyasi rəqiblər arasında mübarizə sivil yolla getsin. Lakin dünyanın indiki dönəmində biz görürük ki, dünya çox ağır dönəmlərdən keçir. Əslində 11 sentyabr terror hadisələrindən sonra ABŞ-da müəyyən sakitlik hökm sürürdü”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib. Onun sözlərinə görə, son Prezident seçkilərində Tramp tərəfdarları ilə Demokratlar arasında siyasi mübarizənin vətəndaş qarşıdurmasına keçməsi sanki bu hadisələri tətiklədi: “ABŞ daxilində Demokratlarla Respublikaçılar arasında, hər iki siyasi qütb arasında siyasi gərginlik davam etməkdədir, tərəflər arasında ABŞ xarici siyasəti ilə bağlı ciddi fikir ayrılığı mövcuddur, Ukrayna siyasəti və oraya ayrılan milyardlar, NATO, ABŞ daxilində miqrant məsələsi, silahların satışı, baxmayaraq ki, ABŞ qlobal dövlətdir, bütün bunlar Amerikanın daxildən ciddi şəkildə silkələyir və qarşısında duran əsas problemlərdir”.V.Əhmədov bildirib ki, digər bir ciddi çağırış ABŞ siyasi həyatında nüfuzlu lider çatışmazlığının olmasıdır: “Xüsusən Qərbdə sanki yeni nəsl siyasi liderlər yetişmir və yaxud böyük siyasətə buraxılmır, düşünürəm ki, bötövlükdə Qərbin bu sahədə yenilənməyə ehtiyacı var”.

Ləman Sərraf

Digər xəbərlər