PDF Oxu

Siyasət

  • 2 900

"E.Makronun Azərbaycan-Ermənistan arasında sülhdən bəhs etməsi səmimiyyət deyil" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"E.Makronun Azərbaycan-Ermənistan arasında sülhdən bəhs etməsi səmimiyyət deyil" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"NATO sammitində Rəcəb Tayyib Ərdoğan və Emmanuel Makronun görüşündə Azərbaycan-Ermənistan arasında sülh prosesinə toxunulması mövqelərin bir daha təqdim edilməsidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Qasımlı deyib.Millət vəkili bildirib ki, Türkiyə Cənubi Qafqazda sülh istəyir, Ermənistanın bütün qonşularla normal münasibətlərinin qurulmasında maraqlıdır: "Emmanuel Makronun Azərbaycan və Ermənistan arasında sülhdən bəhs etməsi səmimiyyət deyildir.Nə üçün? Soruşulur, əgər, həqiqətən, Emmanuel Makron Cənubi Qafqazda sülh istəyirsə, o zaman nə üçün Ermənistanı silahlandırır? Silahlandırmaq əvəzinə Emmanuel Makron Ermənistana deyə bilər ki, konstitusiyada Azərbaycana ərazi iddialarının əks olunduğu maddələri çıxar, 1989-cu il 1 dekabr tarixli qərarı ləğv et. Eyni zamanda Azərbaycana münasibətdə Fransa düşmənçilik mövqeyindən əl çəkməlidir. Emmanuel Makron bir tərəfdən sülhdən danışır, bir tərəfdən də Cənubi Qafqazı qan çanağına çevirməkdən ötrü Ermənistana silahlar verir və Azərbaycanla düşmənçilik edir. Bu, necə sülh oldu?"

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər