PDF Oxu

Siyasət

  • 1 868

“Müxtəlif platformalar Azərbaycan-Ermənistan sülh müqaviləsini dəstəklədiklərini vurğulayır“ - ŞƏRH OLUNDU

“Müxtəlif platformalar Azərbaycan-Ermənistan sülh müqaviləsini dəstəklədiklərini vurğulayır“ - ŞƏRH OLUNDU

“Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə son vəziyyət xeyli dərəcədə müsbətə doğru qiymətləndirilə bilər. Artıq bir müddətdir iki ölkənin sərhədlərində hər hansı bir hərbi aqressivlik, atəşkəs pozuntusu hallarına rast gəlinmir. Digər tərəfdən isə müxtəlif platformalar Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsini dəstəklədiklərini vurğulayırlar. Xüsusilə son dövrlərdə ABŞ bölgə ilə bağlı böyük fəallıq nümayiş etdirir, Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi üçün ortaya iradə qoymağa çalışdığını vurğulayır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. Politoloq bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərindəki son vəziyyət daha çox ABŞ-ın maraq dairəsində olan bölgə ilə bağlı sülh planlarını özündə ehtiva edir: “Eyni zamanda sülh müqaviləsinin imzalanması üçün delimitasiya komissiyaları və müxtəlif işçi qrupları qismində görüşlər davam edir. Bu istiqamətdə bir sıra vacib addımlar atılır.Qərbin mövqeyində aparıcı xətti hazırda ABŞ-ın mövqeyi tutur. Bir zamanlar çox fəal şəkildə Azərbaycan-Ermənistan danışıqlarında moderatorluğu üzərinə götürən Avropa İttifaqı Şurası son dövrlər bu prosesdə çox da fəal görünmür. Xüsusilə Fransanın Avropa İttifaqı daxilində bu məsələdə də dağıdıcı mövqeyi təəssüf ki, Aİ-nin prosesdən kənarda qalmasına səbəb olub”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər