Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 12-də İslamabadda Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü olub. Cənubi Asiyada yerləşən ən böyük islam dövlətlərindən biri də Pakistan İslam Respublikasıdır. Ölkələrimiz arasında qardaşlıq əlaqələrin yüksək səviyyədə olması daim inkişaf etməsi iki ölkənin proritet istiqamətlərindəndir. Ölkələrimizin daim bir-birini dəstəkləməsi, ən əsasda torpaqlarımız otuz il ərzində işğal altında olduğu dövrdə qardaş ölkənin bizə dəstəyi, Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirildi.
Azərbaycanla Pakistan arasında əlaqələr ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər 1996-cı ildə Pakistanda rəsmi səfərdə olmuşdur və bu görüşdə iki ölkə arasında münasibətlərə xüsusi təkan verən 9 sənəd imzalanmışdır ki, bu da siyasi əlaqələrin hələ XX əsrdən başlayaraq geniş aspektdə inkişaf etdiyini bir daha sübut edir. XX əsrin sonlarında Pakistan Sovet İttifaqının süqutundan sonra müstəqillik əldə edən Azərbaycanı 1991-ci ilin oktyabrında tanıyan ilk üç dövlətdən birincisidir. Azərbaycanla Pakistan arasında diplomatik əlaqələrin əsası 1992-ci ilin iyununda qoyulmuşdur. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılmışdır. Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlamışdır. 2017-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin əsasının qoyulmasının gümüş yubileyi də qeyd olunub. Əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir.Hazırda ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olmasıda buna zəruriyyət yaradır.
Hər iki dövlət başçıları hər zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-birilərini dəstəklədiklərini bəyan etmişlər. Ümummilli lider bildirib ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib, Ermənistanı bir təcavüzkar kimi ittiham edib. Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana çox ədalətli münasibət göstərib və yardım etmişdir. Öz növbəsində Azərbaycan Respublikası da həmişə Kəşmir problemi ilə əlaqədar Pakistanın mövqeyini dəstəkləyib və bu gün də dəstəkləyir. İki ölkə arasındakı bu dəstək hər zaman davam edəcəkdir. Bütün beynəlxalq təşkilatlarda ölkəmiz bu dəstəyi və həmrəyliyi nümayiş etdirir. Pakistan və Azərbaycan arasında qarşılıqlı dəstək ölkələri və xalqları bir-birinə daha da yaxınlaşdırır. Azərbaycan-Pakistan bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Bu əməkdaşlıqların inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri böyük rol oynayıb. Hər iki ölkə arasında 30-dan çox sənəd imzalanmışdır ki, bu sənədlər mövcud hüquqi bazanı daha da möhkəmlənməsinə yönəlmişdir. İki ölkə arasındakı yaxın və səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Vətən müharibəsində qalib gələn Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri Pakistan olmuşdur. Pakistan beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində haqlı mövqeyimizi hər zaman dəstəkləmişdir.Qeyd etməliyəm ki, bizə qardaş ölkə olan Pakistan 1947-ci ildə dövlət müstəqilliyini əldə edib. 1950-ci ildən isə tam müstəqil bir dövlət kimi yaşayır. Pakistan demokratiya yolunu tutub və öz dövlətini, öz həyatını demokratik prinsiplər əsasında qururlar. Ölkələrimizin xalqlarının tarixi keçmişində, adət və ənənələrində çox oxşarlıq var və ən əsasıda eyni dinə mənsub olmağımız xalqlarımızı bir-birinə daim yaxınlaşdırır. Bu gün bunların əsasında Pakistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və sıx əməkdaşlıq əlaqələri mövcuddur. Pakistan xalqı milli azadlığa məhz 1947-ci ildənail olub, dövlət öz müstəqilliyini əldə edib, bu günümüzə kimi hüquqi demokratik dövlət qurmaq yolunu dəvam etdirir. Pakistan həmçinin Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır. 1993-cü il aprelin 30-da Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub. Səfər yüksək səviyyədə keçib və iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, “Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə” bağlanıb.
Qeyd etməliyəm ki, 9 aprel 1996-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistana rəsmi səfər edib. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə sayca 9 sənəd imzalanıb. Azərbaycan və Pakistan prezidentləri Ermənistan-Azərbaycan Dağlı Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-birilərini dəstəklədiklərini bəyan ediblər.Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev rəsmi ziyafətdə söylədiyi geniş nitqində bildirib ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana ədalətli münasibət göstərib və yardım edib.
Bu da reallıqdır ki, bu gün müsəlman ölkələri davamlı olaraq ikili standartlar və ədalətsiz mövqe ilə üzləşirlər. Bu baxımdan müsəlman ölkələri arasında birlik və həmrəyliyin gücləndirilməsi xüsusi önəm daşıyır. Müasir dövrdə Azərbaycan, Türkiyə və Pakistan nümunəvi əməkdaşlıq modelini uğurla inkişaf etdirirlər. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır. Azərbaycanla Pakistan hər zaman çətin günlərdə bir-birilərinin yanında olmuşlar. Bu ənənə bu gün də uğurla davam etdirilir. Hər iki ölkə tərəfindən tez-tez qarşılıqlı səfərlər həyata keçirilir. Azərbaycan-Pakistan bir-birinə qarşı dəstəyini davamlı ifadə edir. Pakistan Azərbaycana görə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmamışdır. Artıq uzun illərdir hər iki qardaş ölkə hərbi və siyasi sahələrdə sıx əməkdaşlıq edir. Bu əlaqələr növbəti illərdə digər sahələrdə də sürətlə inkişaf edəcəkdir. İkinci Qarabağ müharibəsi dönəmində və ondan sonrakı müddətdə də qardaş Pakistan xalqı və hakimiyyəti daima Azərbaycanın yanında oldu, öz siyasi və mənəvi dəstəyini əsirgəmədi. Azərbaycan xalqı Pakistan xalqının bu dəstəyini yüksək qiymətləndirir və heç zaman unutmayacaqdır.
İslamabadda keçirilən rəsmi səfər zamanı Prezident Asif Əli Zərdari Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə cənab Prezident İlham Əliyevi səmimi təbrik edərək, bu tədbirin ökləmizə olan böyük etimadın nümunəsi kimi qiymətləndirib. Təbii ki, dövlətimizin başçısı Pakistan Prezidentini bu tədbirdə dəvət etməsi qarşılıqlı hörmətin bariz nümunəsidir. Bu səfər zamanı ölkələrimiz üçün mühüm olan iqtisadi-ticari əlaqələrin, investisiya sahəsində inkişafına və əməkdaşlığın daha da genişləndirilməsi məsələləri geniş müzakirə olunub.
Xüsusi qeyd etməliyəm ki, Azərbaycanla Pakistanı çox sıx keçmiş tarixi tellər bağlayır. 2020-ci ilin sentyabr ayında ermənilərin növbəti təxriabtına cavab olaraq aparılan dəmir yumruq əməliyyatı zamanı da, Haqq Savaşımızda Azərbaycana həm də dost-düşmənini tanımaq baxımından fürsət yaratmış oldu. Biz Türkiyəylə yanaşı, bir sıra ölkələrin də dostluq mövqeyini gördük, güclü dəstəyini hiss etdik. Onların sırasında dost və qardaş Pakistan dövləti önə çıxdı. Pakistan hər zaman öz dəstəyini dövlətimizə və xalqımıza yüksək şəkildə göstərməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistanla apardığı dostluq, qardaşlıq və əməkdaşlıq siyasəti bu gün də öz bəhrəsini verir. Bu münasibətlərin qorunub saxlanılması həm də ulu öndər Heydər Əliyevin Azərbaycana əmanət qoyduğu xarici siyasətə sadiqliyin nümayişidir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini