“Sentyabrın 1-də keçiriləcək parlament seçkiləri hər zaman olduğu kimi bu dəfə də şəffaf, demokratik formada həyata keçiriləcək. Azərbaycan seçiciləri sərbəst şəkildə siyasi iradələrini seçki məntəqələrinə gedərək ifadə edəcəklər”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi ekspert Sahil Kərimli deyib. O bildirib ki, Azərbaycanda daim seçkilər demokratik, ədalətli və şəffaf şəkildə həyata keçirilib: “Bu dəfəki parlament seçkilərində də biz demokratiyanın təntənəsinin şahidi olacağıq.
Parlament seçkilərinin noyabr ayında keçirilməsi nəzərdə tutulurdu, amma ölkəmiz noyabr ayında dünya əhəmiyyətli tədbirə ev sahibliyi edəcək. Bu səbəbdən də COP29-un əhəmiyyətini və konfrans çərçivəsində ölkəmizə çoxsaylı qonaqların gəlməsi nəzərə alınaraq seçkinin vaxtı bir qədər irəli çəkildi. Artıq MSK da bu istiqamətdə üzərinə düşən bütün səlahiyyətləri və vəzifələri yüksək şəkildə həyata keçirir.
Formalaşan növbəti parlament də Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, yeni qanunvericilik aktlarının hazırlanması ilə bağlı öz töhfələrini verəcək”.
Müəllif: Səbinə Hüseynli