Siyasət

  • 1 408

Əli Kərimli qonaqlığını Ali Məclisin toplantısı kimi təqdim etdi ANALİZ

image

Qocalmaq, yaşlanmaq, köhnə paltar geyinmək, qədim dövrün adət-ənənəsinə uyğun həyat tərzi keçirmək heç də qəbahət sayıla bilməz. Əksinə, müsbət hal olaraq dəyərləndirilir. Lakin müasirlikdən, yenilikdən danışıb köhnə bayatıları səsləndirmək utancvericidir. Dağıdıcı müxalifətin üzdə olan məxluqları, eləcə də onlarla eyni maraqları bölüşən xaricdəki antimilli ünsürlər hər dəfə müasir dövrün tələblərindən danışır, “bu, belə olmalıdır”, “o, bu cür fəaliyyət göstərməlidir”, - deyib hay-küy salırlar, lakin araşdıranda məlum olur ki, onların dedikləri və sosial şəbəkələrdə paylaşdıqları ötən əsrin ortalarında mövcud olmuş düşüncəyə və təfəkkürə əsaslanan fikirlər və paylaşımlardır. Hansı ki, hər kəsə bəllidir, o dövrdə elm-texnika indiki qədər inkişaf etməmişdir. Hazırkı dövr kimi Şərqlə Qərb bir-birinə o qədər yaxın deyildilər. Müxtəlif dillərdə danışan və fərqli dinin daşıyıcısı olan insanlar bir-birinə indiki qədər yaxın münasibətdə deyildilər. Yəni, o dövrlə indiki zamanın fərqi çoxdur. Bu baxımdan əminliklə demək olar ki, hazırda indiki insanları hansısa şirnikləndirici vədlə, bəh-bəhli yalanlarla aldatmaq çətindir, hətta demək olar ki, mümkünsüzdür. Ona görə də, istənilən vəzifə mənsubu, sahibkar, siyasətçi, hökumət adamı böyük auditoriya qarşısında danışanda danışığına, sosial şəbəkələrdə paylaşımlarında ehtiyatlı olmalı, insanları incik salan, narazılıq yaradan fikirlərdən uzaq olmalıdır. Təəssüflər olsun ki, özlərini siyasətçi olaraq cəmiyyətə sırımağa çalışan dağıdıcı müxalif ünsürlər hələ də yalanlar danışır, dezinformasiya xarakterli informasiyalar paylaşırlar.

Əli Kərimli dostunun bağ evindən paylaşımlar etdi və ...

Siyasi cəhətdən kifayət qədər təcrübəyə malik insanlar dağıdıcı müxalif ünsürlərin fırıldaq yolu tutduqlarını başa düşürlər və bu baxımdan da onların dedi-qodu xarakterli fikirlərinə əhəmiyyət vermirlər. Əli Kərimli, Cəmil Həsənli və onların ətrafında olan trol dəstəsi də bunun fərqindədirlər. Lakin özlərini arsızlığa qoyub, anormal əməllərini davam etdirirlər. Fikir verin, cəmiyyətin bütün təbəqələri sentyabrın 1-də keçirilməsi planlaşdırılan parlament seçkilərinə hazırlaşdıqları halda onlar dezinformasiya yamaqla məşğuldurlar. Hətta Cəmil Həsənli ilə Əli Kərimli bir araya gələrək, birincinin istəyinə uyğun olaraq seçkiləri “boykot” etmək barədə qərar qəbul ediblər. Halbuki seçkidə iştirak etmək və ya etməmək qərarı kollegial orqanlarının birgə müzakirələri əsasında verilməlidir. Ə.Kərimli isə kollegial orqanları heçə saydığından özü təkbaşına qərar verib. Sonradan bu özbaşınalığının partiya daxilində ciddi narazılıqlar yaratdığını anladıqda qonaq olduğu dostunun bağ evindən şəkillər paylaşıb və iddia edib ki, guya bu məclis o məclisdən deyil, AXCP Ali Məclisinin toplantısıdır. Guya məclisdə seçki məsələsi müzakirə olunub və “boykot” qərarı verilib. Lakin sonradan araşdırmalarla aydınlaşıb ki, Ali Məclisin toplantısı kimi təqdim edilən tədbir, əslində, Ə.Kərimlinin dostu Aqilin təşkil etdiyi qonaqlıqdır.

Əli Kərimlinin savadı və ağılı ora qədər çatmayır,, desin ki, qanunsuzluq harada edilib?

Əli Kərimli qonaqlıqda demoqoqların sayının bir qədər çox olduğunu anladığından fürsətdən yaralanmağa çalışıb. Telefonla çəkdirdiyi şəkilləri sosial şəbəkələrdə paylaşmaqla iddialar irəli sürüb ki, guya seçki ilə bağlı partiyanın toplantısı təşkil edilib. Birincisi, partiyanın Ali Məclisinin toplantısı niyə məhz bağ evində keçirilir? Bəyəm Bakı şəhər icra hakimiyyətinə yer ayrılması üçün müraciət etmək çətindir? Görünən ondan ibarətdir ki, Ə.Kərimli belə bir müraciəti şəhər icra hakimiyyətinə ünvanlamaq da maraqlı olmayıb. Çünki anlayır ki, yayın qızmar istisində kimdir onun tədbirinə gələn. Bu baxımdan qonaqlığı əlinə düşən fürsət bilib və hay-küylü şəkillər paylaşıb. Təbii ki, Ə.Kərimlinin yalanı bu dəfə də keçməyəcək. İkincisi, Ə.Kərimli həmin qonaqlıqdan paylaşdığı statusunda seçki ilə bağlı qarayaxmalar səsləndirməklə özünü pis vəziyyətə qoyub. Demoqogiya xarakterli sayıqlamasında seçkinin vaxtının iki ay irəli çəkilməsinin qanunazidd olduğunu söyləyib. Lakin savadı və ağılı ora qədər çatmayır, desin ki, qanunsuzluq harada edilib? Sadəcə, köhnə bayatılarını səsləndirir və deyir ki, guya Azərbaycanda “siyasi məhbus”lar var. Həm də iddia edir ki, COP29-un Azərbaycanda keçirilməsi seçki prosesinə təsir edə bilməz. Əvvəla Azərbaycan hüquqi, demokratik dövlətdir. Ölkəmizdə “siyasi məhbus” ola bilməz. Cinayət törətmiş şəxslər ola bilər ki, buna görə də onların həbs edilməsi tam şəkildə qanunauyğundur. COP29-un ölkəmizdə keçirilməsinə gəlincə isə, bu tədbirlə Azərbaycan müstəqillik tarixində növbəti zəfər yazmış oldu. Nümayiş etdirdi ki, Azərbaycan dünyanın ən güclülərindəndir. Ermənilər kimi Ə.Kərimli və ətrafı bu tədbirin Azərbaycanda keçirilməsindən narahatdırlarsa, bu, onların problemidir. Digər tərəfdən Ə.Kərimli deyir ki, COP29 noyabrın sonlarına planlaşdırıldığından parlament seçkilərini noyabrın ortalarında keçirmək olardı. Birincisi, yaxşı olardı ki, Ə.Kərimli proqrama diqqətlə baxsın və bu zaman ona aydın olar ki, COP29 noyabrın birinci ongünlüyündən başlayacaq və 11 gün davam edəcək. Bu, o deməkdir ki, əgər seçkilər Ə.Kərimlinin dediyi kimi, noyabrın ortalarında keçirilsəydi, deputatlığa namizədlər əhali ilə kütləvi görüşlər təşkil edə bilməyəcəkdilər. Bu isə təbliğat-təşviqat kampaniyasının namizədlərin ürəyincə olmayan formada keçiriləcəkdir ki, bu da təbii olaraq narazılıqlar yaradacaqdı. Digər tərəfdən tam əminliklə demək olar ki, əgər parlament seçkiləri Ə.Kərimlinin dediyi kimi, noyabrın ortalarında keçirilsəydi belə, AXCP və Milli Şura seçkilərə qatılmayacaqdılar. Çünki hələ bir il öncədən onlara bu barədə sərt göstərişlər verilmişdir- seçkilərdə iştirak etməyin. Ona görə Ə.Kərimlinin və C.Həsənlinin seçkilərlə bağlı moizələri, sadəcə, fars-molla rejiminin əmmaməli mollalarının fitnə -felinə uyğun fikirlərindən başqa bir şey deyil.

İLHAM ƏLİYEV

Digər xəbərlər