Siyasət

  • 393

Şəhidlərin xatirələri yad edilib FOTOLAR

image

İyul ayının 16-da Vətənimizin müdafiəsi uğrunda öz canlarından keçən, rayonun Əsgərabad kəndindən olan I Qarabağ müharibəsi şəhidi Əmirov Ramiz Məcid oğlunun anım günü və Nəsimi kəndindən olan II Qarabağ müharibəsi şəhidi Məcidzadə Saleh Nəriman oğlunun doğum günü ilə əlaqədar ailələri ziyarət olunub. Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, Şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ziyarətçilər şəhidlərimizin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmalarından bəhs edərək başsağlığı diləklərini çatdırıblar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Məcidzadə Saleh Nəriman oğlu ölümündən sonra “Azərbaycan Bayragı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər