Siyasət

  • 424

15 iyul hadisələri Türkiyənin dövlətçilik tarixində müasir qəhrəmanlıq dastanıdır TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEVİN müraciəti qardaşlıq və həmrəylik göstəricisidir

Bu gün Türkiyədə 2016-cı il iyulun 15-dən 16-na keçən gecə legitim hakimiyyəti hərbi yolla ələ keçirmək cəhdinin səkkizinci ildönümüdür. Səkkiz il əvvəl qəhrəman Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək dövlət çevrilişi cəhdinin qarşısını aldı. Məhz bu qəhrəmanlıq nəticəsində Türkiyə dövləti təlatümlərdən və tənəzzüldən xilas oldu.Bu qanlı hadisə ilə əlaqədar təsis edilən 15 İyul - Demokratiya və Milli Birlik Günü qəhrəman türk xalqının Vətəninə və dövlətinə bağlılığının təcəssümüdür. Həmin gün cəsur insanlar öz canlarını fəda edərək dövlətin devrilməsinə, ölkədə vətəndaş müharibəsinin başlamasına imkan vermədilər. Hərbi qiyamçılar xalqın gücü qarşısında acizliklə təslim oldular.

DİN PƏRDƏSİ ALTINDA GİZLƏNƏN FETÖ

Baş verənlərin isti izlərlə araşdırılması nəticəsində terror hadisələrinin FETÖ tərərfindən törədildiyi müəyyənləşdirildi. FETÖ-nün təmsilçiləri isə uzun müddət din pərdəsi altında gizlənməyi və təşkilatlanmış şəbəkə qurmağı bacarmışdılar. Ancaq şəbəkənin üvləri özlərini müxtəlif adlar altında dini-ideoloji cərəyan nümayəndələri kimi təqdim etsələr də, bu cərəyanın və yaxud qurumun İslam dininə hansısa bir bağlılığı olmayıb. Söhbət yalnız müqəddəs dini dəyərlərdən alət, çətir kimi istifadə etməklə çirkin məqsədlərin həyata keçirilməsindən gedirdi. Qeyd edək ki, FETÖ Fətullah Gülənin başçılığı ilə 1960-cı ilin sonlarında qardaş Türkiyənin İzmir şəhərində təşəkkül tapıb, sonradan gülənçilər fəaliyyətlərini bütün Türkiyə ərazisində və bir sıra digər ölkələrdə həyata keçirməyə başlayıblar. Bütövlükdə, FETÖ-nün dinə bağlılığı yalnız zahiri olub. Reallıq ondan ibarətdir ki, bu təşkilat fərqli ideologiya və məqsədlər əsasında yaradılaraq fəaliyyət göstərib. Məhz buna görə də FETÖ terror təşkilatının törətdiyi dövlət çevrilişi cəhdi Türkiyə xalqının qan yaddaşında acı izlər buraxıb. Hərbi çevrilişə cəhd nəticəsində 251 nəfər şəhid olub, 2196 nəfər isə yaralanıb. Qədirbilən türk xalqı qəhrəman övladlarının xatirəsini həmişə əziz tutur. Uzun illər dövlət içində paralel hakimiyyət kimi mövcud olan FETÖ ünsürlərinin hazırda dövlət strukturlarından təmizlənməsi mühüm fəaliyyətdir. Baş verən proseslər FETÖ-ya ağır zərbə oldu. Ən əsası odur ki, bu terror təşkilatının mahiyyəti ifşa edildi.

AZƏRBAYCAN DÖVLƏTİ VƏ XALQI HADİSƏNİN İLK ANLARINDA DÖVLƏT ÇEVRİLİŞİNƏ CƏHDİ BÖYÜK NARAHATLIQLA QARŞILAMIŞ, QƏHRƏMAN TÜRK XALQINA DƏSTƏYİNİ İFADƏ ETMİŞDİR

Azərbaycan Prezident İlham Əliyev Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin səkkizinci ildönümünü ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. Prezident İlham Əliyev məktubunda vurğulayıb ki, qardaş Türkiyənin qan yaddaşına əbədi olaraq həkk olunmuş həmin gecədə baş vermiş mənfur çevriliş cəhdi ölkəninin milli maraqlarına, demokratik əsaslarına və hüququn aliliyinə qəsd idi.

İslamofob dairələr tərəfindən istiqamətləndirilən və tamamilə siyasiləşmiş FETÖ-nün məlum terror hadisələrini törətməkdə məqsədi radikal şəriət qanunları ilə idarə olunan dövlət qurmaq olub. FETÖ illər boyu Türkiyədə və bir sıra digər ölkələrdə paralel hökumətlər, dövlət içində dövlət qurmağa doğru irəliləyib. Gülənçilər bunu öz aralarında “demokratik yolla hakimiyyətə gəlmək” formulu kimi də dəyərləndirirdilər. Əvvəlcə qeyri-hökumət təsisatları vasitəsilə cəmiyyətlərdə tərəfdaşların sayı artırılır, sonra həmin tərəfdaşların müxtəlif idarəetmə strukturlarında vəzifə piramidalarında yüksəlişi təmin edilirdi. Bunu biz Türkiyənin timsalında da izlədik. Qadaş ölkədə gülən camaatının dövlətə nüfuz etməsi o həddə çatmışdı ki, hətta FETÖ təmsilçiləri orduda da özlərinə yer edərək şəbəkələşmişdilər. Şoranlıq ərazilərdə qrunt suları qəfil üzə çıxdığı kimi, Türkiyədə də gülənçilər dövlət hakimiyyətində elə üzə çıxacaq və hakimiyyəti ələ aldıqlarını bəyan edəcəkdilər.

Hadisələr zamanı daha əvvəl orduda yerləşdirilmiş gülənçilər və FETÖ-yə bağlı olan qüvvələr legitim hakimiyyəti hərbi yolla ələ keçirmək məqsədi güdürdülər. Əslində, FETÖ-nün əli ilə törədilən bu hadisələrin ssenarisi imperialist güc mərkəzlərinin mətbəxində hazırlanmışdı. Rəcəb Tayyib Ərdoğanın liderlik keyfiyyətləri və onun rəhbərliyi ilə Türkiyənin özünün milli maraqlarını qətiyyətlə qoruması, ədalət prinsipinin hər yerdə bərqərar olmasına güclü səy göstərməsi təkqütblü dünya formalaşdırmağa çalışan güc mərkəzlərini qane etmir. Həmin güc mərkəzləri qardaş ölkənin bu və digər uğularını sinirə bilmirlər. Qarşılarında sözəbaxan, idarəolunan Türkiyə görmək istəyən həmin qüvvələr Türkiyəni inkişafdan, demokratiyadan geri döndərmək üçün müxtəlif planlar qurur, ssenarilər hazırlayırlar. Səkkiz il bundan əvvəl qardaş ölkədə baş verənlər bunu növbəti dəfə təsdiqlədi.

Lakin FETÖ və digər satqın qüvvələrlə birləşən imperialist güc mərkəzlərinin qurduqları dövlət terroru planları 15 iyul 2016-cı il tarixində növbəti dəfə iflasa uğradı. Milyonlarla insan dövləti xilas etmək, Prezident R.T.Ərdoğanla həmrəylik nümayiş etdirmək üçün ayağa qalxdı. Bu böyük gücün qarşısında FETÖ, ona himayədarlıq edən qüvvələr dayana bilmədilər və məğlubiyyətə uğradılar. “Müdrik və mərd Türkiyə xalqı Vətən, dövlətçilik və demokratiya uğrunda qətiyyətlə mübarizə apararaq və sinəsini sipər edərək növbəti dəfə qəhrəmanlıq dastanı yazdı. Bu hadisələr ilə əlaqədar təsis edilmiş 15 İyul - “Demokratiya və Milli Birlik Günü” mətin xalqınızın həmrəylik, mübarizlik və milli birlik rəmzi olaraq daim yaşayacaq və əsrlər ötdükcə daha böyük qürurla xatırlanacaqdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mənfur dövlət çevrilişinin planlarını hazırlayanların əsas məqsədlərindən biri Türkiyəni lidersizləşdirmək, Rəcəb Tayyib Ərdoğanı fiziki cəhətdən məhv etmək idi. Bacarmadılar. Elə terror aktının qısa müddətdə dəf edilməsində əsas amillərdən biri qismində də Rəcəb Tayyib Ərdoğanın liderliyi çıxış etdi. R.T.Ərdoğan Türkiyədə ümumxalq məhəbbət qazanan bir Liderə çevrilib. Türkiyə cəmiyyətinin Ona rəğbəti getdikcə artır. Buna görə də insanlar həmin qanlı gecədə R.T.Ərdoğanın çağırışına səs verərək terrorçulara qarşı dirəniş göstərdilər. Məktubunda diqqəti Türkiyə Prezidentinin liderliyinə çəkən Prezident İlham Əliyev vurğulayıb: “Türkiyə dövlətçiliyinə qarşı yönəlmiş bu çevriliş cəhdinin dəf olunmasında və bununla da ölkənizi böyük faciələrdən xilas edilməsində şəxsən Sizin gördüyünüz təxirəsalınmaz qəti addımların və liderliyinizin xüsusi rolu olmuşdur. Xalqınız Sizin ətrafınızda sıx birləşərək dövlətinə, azadlığına və demokratiyasına sahib çıxmaqla dünyaya milli qürurunu, gücünü və sarsılmaz iradəsini bir daha sübut etdi”.

TÜRKİYƏ VƏ ŞKTC-NİN APARICI MEDİASI: PREZİDENT İLHAM ƏLİYEVİN MÜRACİƏTİ QARDAŞLIQ VƏ HƏMRƏYLİK GÖSTƏRİCİSİDİR

Qeyd edək ki, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin aparıcı televiziya kanalları, informasiya agentlikləri, qəzetləri və elektron nəşrləri Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə hakimiyyətin zorakılıqla ələ keçirilməsi cəhdinin qarşısının alınmasının səkkizinci ildönümü ilə əlaqədar Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana ünvanlanmış müraciətini geniş işıqlandırıb.Qardaş ölkələrin mətbuatı Azərbaycan liderinin məktubunun mətnini dərc ediblər.Türkiyə və ŞKTC mediası qeyd edib ki, Prezident İlham Əliyevin məktubunda 15 iyul 2016-cı il hadisələri Türkiyə xalqının qəhrəmanlıq dastanı adlandırılır. Qardaş Azərbaycanın Türkiyənin dəstəklənməsi məsələsində mövqeyi yüksək qiymətləndirilir.Qardaş ölkələrin aparıcı media orqanları Prezident İlham Əliyevin müraciətini “qardaşlıq və həmrəylik göstəricisi” adlandırıblar.Bəli, 2016-cı il iyulun 15-də baş verənlər həqiqətən də qəhrəmanlıq dastanı idi. Terrorçular qarşılarında heç vaxt duruş gətirə bilməyəcək qüvvə ilə - türk xalqı ilə qarşılaşdılar. Öz liderinin - Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışından sonra küçə və meydanlara axışan türk xalqı terror təşkilatının dövlət çevrilişi cəhdinin qarşısını mətanətlə aldı və demokratiyaya sadiqliyini nümayiş etdirdi. Həmin gecə Türkiyə terrorla mübarizədə 251 şəhid verdi. 2016-cı il 15 iyul gecəsi Türkiyə və dünya tarixində mühüm yeri olan tarixi hadisədir.Və həmişə olduğu kimi, bu hadisədə də Azərbaycan kənarda qalmadı. Çünki dövlət başçımızın söylədiyi kimi: «Əminəm ki, ən böyük sərvətimiz olan Azərbaycan-Türkiyə qardaşlığını və birliyini əbədiyyətədək yaşatmaq və daha da möhkəmləndirmək, hərtərəfli əməkdaşlığımızı inkişaf etdirmək yolunda üzərimizə düşən şərəfli missiyamızı bundan sonra da birgə və uğurla yerinə yetirməyə davam edəcəyik»

Bəli, bu dünyada analoqu olmayan və sərhəd tanımayan qardaşlığın, ulu öndər Heydər Əliyevin söylədiyi “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, - kəlamları yaşadığımız günlərdə bir daha tarixiləşdi, toplumun bütün kəsimləri tərəfindən bəyənilən, uşaqdan-böyüyə hər kəsin dilinin əzbəri olan, istər sosial şəbəkələrdə, istərsə də cəmiyyət həyatının hər hansı bir sahəsində ən çox işlədilən ifadəyə çevrildi. Və bu gün iki güclü Liderlərin – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şad gündə, dar gündə bir-birinin yanında olması bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan və Türkiyə bundan sonra da bir olacaq. Çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır. Bəli, Azərbaycan-Türkiyə birliyi və qardaşlığı əbədi və sarsılmazdır. Bu birliyin nəticəsini biz 2020- ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinin ilk günündən Qələbə Zəfrinə kimi Türkiyə daim bizimlə bir olub. Sevincimizə, kədəritmizə şərik olub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “Dəmir yumruq” siyasətilə Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası 2020-ci 10 dekabr tarixində Zəfər parada qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının daha bir əyani nümunəsi oldu. İşğaldan azad edilən ərazilərimizə ilk səfər edən qardaş Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın olması iki qardaş ölkənin münasibətlərinin möhkəm təmələ malik olduğunun, Türkiyə-Azərbaycan dostluq və qardaşlığının dünyaya bir nümunə, örnək olduğunun göstəricisidir.

Digər ən mühümü isə, 15 iyun, 2021-ci il - Türkiyə-Azərbaycan, "Bir millət, iki dövlət"i rəsmiləşdirən, ən əsası isə, tariximizdə ilk dəfə olaraq iki güclü liderlərin - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin işğaldan azad olunmuş Qarabağımızın baş tacı olan Şuşada Türkiyə və Azərbaycan, həmçinin 102 il gecikmiş bir sənədi – Müttəfiqlik haqqında Şuşa Bəyannaməsini imzaladılar.Bəli, bu gün Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan - Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz. Və bu gün bu tarixi gündə Azərbaycan xalqı da qardaş Türkiyə xalqının sevincinə qoşulur, uğurları ilə fəxr edir, onun hər bir uğurundan qürur hissi keçirir. Beləliklə də, hər zaman qardaş ölkənin milli mənafeyini əsas götürən, öz dəstəyini əsirgəməyən Azərbaycan bu dəfə də - bir daha və yenə də Türkiyənin yanında yer aldı, dostluq və qardaşlıq örnəyi nümayiş etdirdi.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər