Xaricdə oturub Azərbaycanın ləyaqətli insanlarını söyən, təhqir edən məxluqlar arasında ən tərbiyəsizi Trol Sadıqlıdır
Bütün dünyaya bir daha nümayiş etdirildi ki, Cənubi Qafqazın ən böyük və lider partiyası Yeni Azərbaycan Partiyasıdır. O partiya ki, qurucusu Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir. Həmən siyasi təşkilatın rəhbəri İlham Əliyevdir ki, böyük diplomatik bacarığı, Fateh Sərkərdəlik istedadı ilə 30 il erməni işğalı altında olmuş Azərbaycan torpaqlarını 44 günlük Vətən Müharibəsi ilə azad etdi. Bəli, “xalqın partiyası” adını alan YAP ən dinamik inkişaf edən, monolit siyasi təşkilat olaraq dünyanın diqqətini özünə çəkməkdədir. Bunu şərtləndirən əsas amillərdən biri də YAP-ın yüksək fəallıqla və layiqli namizədləri ilə parlament seçkilərinə getməsidir. Bir qədər əvvəl növbədənkənar parlament seçkilərinin keçirilməsinə qərar verilsə də, diqqətçəkən proseslər bir o qədər nəzərə çarpmırdı. Elə ki, YAP İdarə Heyəti seçkidə iştirak edəcək namizədlərinin adlarını açıqladı qızğın müzakirələr, polemikalar, diskussiyalar geniş xarakter aldı. Hazırda Azərbaycanda və dünyada əsas müzakirə olunan mövzu YAP-ın irəli sürdüyü namizədlərin və onların tərcümeyi-halının müzakirə edilməsidir. Gözlənildiyi kimi, dövlətə bağlı insanlar Yeni Azərbaycan Partiyasının Milli Məclisin üzvlüyünə irəli sürdüyü namizədlərini dəstəkləyir və onların ən layiqli şəxslər olduğunu qeyd edirlər. Məkrli qüvvələr, xüsusilə də dağıdıcı müxalifət və xaricdəki antimilli ünsürlər ənənələrinə uyğun olaraq xalqın namizədlərinə ləkə yaxmağa cəhd edirlər. Bu isə abırsızlığın və həyasızlığın nümunəsidir. Əgər kiminsə fəaliyyətindən narazısansa seçki dairəsində ona rəqib ol və öz biliyini, bacarığını nümayiş etdir. Buna gücün çatmırsa və qorxaqcasına hansısa kolun arxasında gizlənib, hədyanlar səsləndirib, təhqiramiz ifadələr deyirsənsə, bu, artıq yaramazlıqdır, insanlıqdan uzaq olan haldır.
Trol Sadıqlı bütün etket qaydalarını və kişilik prinsiplərini tapdalayır
Bu gün sosial şəbəkələrə və internet TV-lərə nəzər yetirdikdə, bəlli olur ki, dağıdıcı müxalifət və xaricdəki antimilli ünsürlər bütün fəaliyyətlərini YAP-ın irəli sürdüyü namizədləri ləkələməyə yönəlib. Bu istiqamətdə onlara erməni kökənli məxluqlar da yardımçı olurlar. Xüsusilə də, dezinformasiya xarakterli informasiyaların, yalan və böhtanların müxtəlif xarici KİV-lərdə dərc edilib, paylaşılmasını təşkil edirlər. Belə faktlar onu təsdiq edir ki, dağıdıcı müxalifət və xaricdəki antimilli ünsürlər fəaliyyətlərini məkrli dairələrlə birgə koordinasiya edirlər. Düzdür, bəzən dağıdıcı müxaliflərlə xaricdəki antimilli ünsürlər arasında fərqli mövqelər səsləndirilir. Bu da idarəedici şəbəkənin məkrli taktikasıdır. Göstərməyə çalışırlar ki, şəbəkənin üzvləri arasında azad düşüncə tərzinə malik şəxslər var və onların fikirləri digər əqidə dostlarının fikirləri ilə üst-üstə düşməyə bilər. Misal kimi xaricdəki trol dəstəsinin fəallarından hesab olunan Trol Sadıqlı AXCP sədri Əli Kərimlinin seçkilərə qatılmamasını onun qorxaqlığı kimi qiymətləndirib: “Neçənci dəfədir ki, Ə.Kərimli seçkilərdə iştirak etmir. Onda sual edirəm, niyə partiyanın sədri oldun? Nəyə görə siyasi iddialarla çıxış edirsən?”. Təbii ilk baxışdan əsaslı ittiham və iddia olaraq görünür. Lakin onun Ə.Kərimli kimi YAP- ı hədəf seçməsi və namizədləri haqqında təhqiramiz ifadələr səsləndirməsi, onu deməyə əsas verir ki, Trol Sadıqlı Ə.Kərimliyə yönəlik fikirləri ilə sadəcə siyasi fahişəlik edir. Əslində, Ə.Kərimli ilə eyni mövqeyi və maraqları bölüşür. Xüsusilə də, Trol Sadıqlının bütün etket qaydalarını və kişilik prinsiplərini tapdalayaraq “YAP-ın siyahısında yeni həyasızlar, yeni simasızlar, yeni quldurlar üzə çıxıb. Bu barədə faktları ifşa edəcəm” deyə ağzının zibilini ifraz etməsi onun bu kimi fikirləri səsləndirməzdən əvvəl Ə.Kərimli və digərləri ilə məsləhətləşib.
Trol Sadıqlını bir növ küçə zibili də adlandırmaq olar
Görünən ondan ibarətdir ki, xaricdə oturub Azərbaycanın ləyaqətli insanlarını söyən, təhqir edən məxluqlar arasında ən tərbiyəsizi Trol Sadıqlıdır. Onu bir növ küçə zibili də adlandırmaq olar. Həm də birmənalı şəkildə qeyd etmək olar ki, bu məxluq ailə tərbiyəsi, məktəb tövsiyəsi görməyib. Elə küçədə həyata göz açıb, böyüyüb və küçə psixologiyasına uyğun həyatını qurub. Bir neçə dəfə oğurluq etməsi, ictimai nəqliyyatda insanların cibinə girib, pul oğurlamağa çalışması da küçə tərbiyəsi almasının nəticəsidir. Onun üçün dost yoldaş anlayışı da yoxdur. Əlinə imkan düşən zaman əhd-peyman bağladığı, eyni qabdan çörək yediyi əqidə dostunu yaralamaqdan, onun həyatına qıymaqdan çəkinməz. Buna görə də, keçmiş dostu Əfqan Muxtarlı onu “satqın mənsəbpərəst” adlandırmışdır. Digər yaxın dostu olmuş Məhəmməd Mirzəli də ona böyük miqdarda pul atdığına görə onu tənqid etmiş və bütün əlaqələrini kəsmişdir. Sonradan ABŞ-ın kəşfiyyat orqanlarının fəal əməkdaşı olmaları sübuta yetirilən Arif Məmmədov və Sevinc Osmanqızı da Trol Sadıqlının “keyfiyyətsiz birisi” olduğunu bildirmişdilər. Sual olunur, Trol Sadıqlı xaricdəki antimilli ünsürlərin toplaşdıqları vahid şəbəkədə qəbul edilmirsə, niyə onu qurumdan rədd etmirlər? Haqlı və düşündürücü sualdır. Lakin məlum faktdır ki, şəbəkə üzvləri müstəqil deyillər və onları idarəedən, başlarına ağıl qoyan, yollarını müəyyənləşdirən qüvvələr var. Həmin qüvvələr vahid mərkəzdə kimin qalıb və ya getməsinə üzvlər deyil, onlar qərar verirlər. Trol Sadıqlı onların maraqlarını tam şəkildə ifadə etdiyindən narazıların fikirləri keçərli deyil. Bu baxımdan hələ uzun müddət Trol Sadıqlı vahid mərkəzdə qalacaq və küçə fəaliyyətinə uyğun fikirlərini səsləndirmək də davam edəcək. Lakin bu fəaliyyətin bir gün sonu olacaq. O zaman ya mərkəzin idarəediciləri onu başlarından edəcəklər,A ya da Bakıya deportasiya olunacaq. Təbii ki, hər iki hal Trol Sadıqlı üçün cəhənnəm əzabı deməkdir.
İLHAM ƏLİYEV