Tanınmış elm xadimi Həsən bəy Zərdabinin təşkilatçılığı ilə "Əkinçi” qəzeti nəşrə başladı. Vətənpərvər ziyalı 22 iyul 1875-ci il tarixli ilk sayında oxuculara müraciətlə yazırdı: "Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu dövr dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki, məsəldir, deyərlər, zəmanə dəyişilməyi əlbəttə hər anlayan kəsə məlumdur və bu dövr zəmanənin dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. O, kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişilməyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər. "Əkinçi” qəzetinin əsas məqsədi xalqımızı yeni elmi düşüncə və texnoloji vərdişlərə uyğun maarifləndirmək, həyat və məişətin bütün sahələrində onu digər xalqlarla yanaşı addımlamağa səfərbər etmək olub. Qeyd edək ki, dövrün problemlərinin işıqlandırılmasında "Əkinçi”də tətbiq edilən bəzi metodlar sonrakı mətbuat orqanlarımız tərəfindən davam və inkişaf etdirildi. "Əkinçi”dən əsasını qoyuduğu mətbuatımızın sonrakı illərdə davamı olaraq "Kəşkül” "Ziya”, "Ziyayi-Qafqaziyyə” kimi anadilli nəşrlər fəaliyyətə başladı. Artıq XIX əsrin sonu XX əsrin əvələrində xeyriyyəçi milyonçu Hacı Zeynalabdin Tağıyevin Bakıdakı rus naşirdən alıb milli ziyalılarımızın ixtiyarına verdiyi, Əlimərdan bəy Topçubaşovun redaktor, Həsən bəy Zərdabinin müavin olduğu "Kaspi” qəzeti də Azərbaycan mətbuatının özülünü daha da möhkəmləndirdi. Beləliklə "Əkinçi” ilə başlayan milli mətbuatımız
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin orqanı kimi nəşrə başlayan "Azərbaycan” qəzeti milli demokratik jurnalistikamızın zirvəsini təşkil etdi. Azad mətbuatın prioritetliyini önə çəkərək bu istiqamətdə zəruri addımlar atır. Son 20 ildən artıq dövrdə mətbuatın maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması dövlət siyasətində prioritet istiqamətlərdən birini təşkil edib. 2005-ci ildə dövlət başçısı tərəfindən “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamların imzalanması jurnalist əməyinə nə qədər böyük dəyər verildiyini təsdiqlədi. Bu dövrdə milli mətbuatımızın 130, 135, 140 illik yubileyləri dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq paytaxt və bölgələrdə yüksək səviyyədə qeyd olundu. Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, bir il sonra, 3 aprel 2009-cu il tarixində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə atılan mühüm addımlar idi. Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Qürurverici haldır ki, Azərbaycan mətbuatı öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Ən əsası, milli mətbuatımız 44 günlük müharibə zamanı olduğu kimi, postmüharibə dövründə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, erməni yalanlarının ifşa olunmasında, bütövlükdə milli maraqların qorunmasında əhəmiyyətli rol oynayır.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri