PDF Oxu

Siyasət

  • 1 889

“Müstəqillik uğrunda mücadilə dərslərini milli mətbuatımızın səhifələrindən öyrənmişik” - MƏQALƏ

“Müstəqillik uğrunda mücadilə dərslərini milli mətbuatımızın səhifələrindən öyrənmişik” - MƏQALƏ

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirib. Ulu Öndər deyirdi: “Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir”. Ümummilli Lider xarici ölkələrə səfərləri, eləcə də ölkəmizdə keçirilən mötəbər tədbirlər zamanı media nümayəndələri ilə söhbət edir, onlara müsahibələr verir, öz fikirlərini bölüşürdü. Bu dahi şəxsiyyətin mətbuat nümayəndələrinə səmimi münasibət onları daha həvəslə işləməyə, peşələrinin sirlərinə dərindən yiyələnməyə, eyni zamanda, cəsarətli olmağa sövq edirdi. Ulu Öndərin mətbuatın inkişafı istiqamətində gördüyü işlər bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin mediaya göstərdiyi diqqət və qayğı, onun ölkədə jurnalistika və jurnalistlərlə bağlı problemlərin həlli istiqamətində atdığı addımlar bu sahənin sürətlə inkişaf etməsinə, medianın fəaliyyətinin genişlənməsinə və müvafiq sahədə çalışanların peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub.Bu il Milli mətbuatımızın 149 yaşı tamam olur. 1875-ci il iyulun 22-də öz dövrünün ən görkəmli və qabaqcılziyalılarından biri, maarifçi-publisist Həsən bəy Zərdabitərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış“Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi olmuş vəhəmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühümhadisəsi kimi tarixə düşmüşdür. Təəssüflər olsun ki, “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetininsanların maariflənməsində, ictimai-siyasi proseslərədaha yaxından bələd olmasındakı rolundan çəkinməyəbaşlayıb və sonda qəzetin nəşrini dayandırıb. Lakin ilk milli qəzetimizin 1875-ci il iyulun 22-dən 1877-ci ilinsentyabrınadək cəmi 56 sayının işıq üzü görməsinəbaxmayaraq, “Əkinçi”nin Azərbaycan milli mətbuatınıntəşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. O dövrün görkəmli maarifçiləri bu qəzetin səhifələrində özyenilikçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərəbilmişdilər. 146 yaşını qeyd edən mətbuatımızın inkişaftarixindən bəhs edərkən, dövlət müstəqilliyimizinbərpəsından sonrakı dövrə də toxunmaq mütləqdir. Azərbaycan müstəqilliyini qazandıqdan sonra yenidemokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinintəbliğatçısına çevrildi. 1993-cü ildən başlayaraq, KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümumilli Liderin busahəyə müstəsna diqqət və qayğısı nəticəsində həyatakeçdi. Ulu Öndərin KİV-in maddi-texniki bazasınınyeniləşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyətüçün əlverişli şərait yaradılması ilə bağlı həyata keçirdiyiardıcıl və məqsədyönlü tədbirlər milli mətbuatımızıntarixinin mühüm faktlarıdır.Bu gün Ulu Öndərin mətbuat və söz azadlığısahəsindəki mütərəqqi siyasəti AzərbaycanRespublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindənuğurla davam etdirilir, kütləvi informasiya vasitələrininmüstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildəifadə etmələrii üçün hərtərəfli şərait yaradılır. Ölkəmizdəsöz və mətbuat azadlığının təmin olunması istiqamətindəciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sırauğurlu layihələr həyata keçirilir. KİV-lərə birdəfəlikyardımların göstərilməsi, mətbuat işçilərinin sosialmüdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin millimətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərinfəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuatavə mətbuat işçilərinə qayğının göstəricisidir.

Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri

Digər xəbərlər