PDF Oxu

Siyasət

  • 2 193

"Azərbaycanın artan nüfuzu, artıq Qərbdə də qəbul edilir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanın artan nüfuzu, artıq Qərbdə də qəbul edilir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Rusiya–Ukrayna münaqişəsi başlandıqdan sonra, Avropa Siyasi Birliyi ideyasını işə salıb. O zaman bu təşəbbüs xeyli ambisiyalı görünürdü, mövcud platforma liderlər üçün eyni zamanda, “əməkdaşlıq üçün yeni məkan” yaratmaq, sülh və təhlükəsizliyin daha əzmlə təşviqi müstəvisinə çevrilməsini nəzərdə tutub". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.O bildirib ki, həm bürokratik neytrallıqdan, həm də Avropa Parlamentinin ideoloji qərəzindən azad olan bu platforma, strateji əhəmiyyətli məsələlər səmimi və obyektiv şəkildə müzakirə olunan bir məkana çevrilir: "Burada Azərbaycan bəzi enerji məsələlərinə ciddi təsir göstərə bilir.ASB kimi yeni və gənc platformalarda ortaq nöqtələr taparaq siyasi əməkdaşlığı gücləndirmək mümkündür"."Dünən Böyük Britaniyada “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə Toplantısı keçirildi. Bu mötəbər beynəlxalq tədbirdə dünyanın nüfuzlu ölkələrinin rəhbərləri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev iştirak edirdi. Azərbaycan birliyin Praqada keçirilən ilk sammitindən etibarən bütün görüşlərə dəvət olunub. Bu da ölkəmizə necə böyük əhəmiyyət verildiyinin, onun etibarlı tərəfdaş kimi qəbul edildiyinin göstəricisidir. Təbii ki, burada uzun illərə söykənən uzaqgörən siyasət və onun nəticələri böyük rol oynayır. Azərbaycanın artan nüfuzu, Cənubi Qafqazda yaranan yeni reallıqlar artıq Qərbdə də qəbul edilir. Reallıq budur ki, bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanla hesablaşır. Ən azı, regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilmir. Azərbaycan da ASB - nin sülh təşəbbüsünü yüksək qiymətləndirir.Lakin Londonda Avropa Siyasi İcmasının görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşdən qarşı tərəf imtina edib. Görüşün keçirilməsi üçün təşəbbüslə Böyük Britaniya çıxış edib.Deyə bilərəm ki, Prezident İlham Əliyevin Böyük Britaniyaya işgüzar səfəri Azərbaycanın ikitərəfli əməkdaşlığın inkişafına böyük diqqət yetirməsinin göstəricisidir. Əminlikə də deyə bilərik ki, bu əməkdaşlıq gələcəkdə daha da böyük töhfələr verəcəkdir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər