PDF Oxu

Siyasət

  • 1 551

YAP Mərkəzi Aparatında müşavirə keçirilib

image

İyulun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar yerli seçki qərargahları sədrlərinin iştirakı ilə müşavirə keçirilmişdir. SİA xəbər verir ki, müşavirədə partiyanın İdarə Heyətinin 2024-cü il 3 iyul tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planında əks olunan əsas hərəkət və tədbirlərlə əlaqədar ötən müddət ərzində görülmüş işlər ətrafında müzakirələr aparılmış, onların icra vəziyyətinin təhlili əsasında növbəti dövr üçün konkret vəzifələr müəyyən edilmiş, müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

Digər xəbərlər