PDF Oxu

Siyasət

  • 1 682

Şəhid Nurlan Mustafayevin doğum günündə xatirəsi anılıb ŞƏRH

Şəhid Nurlan Mustafayevin doğum günündə xatirəsi anılıb ŞƏRH

İkinci Fəxri xiyabanda 44 günlük Vətən müharibəsi şəhidi Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Mustafayev Nurlan Hamet oğlunun doğum günü münasibəti ilə məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, YAP Yasamal rayon və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri, müharibə iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Mustafayev Nurlan Hamet oğlu şəhadətindən sonra “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə","Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər