Siyasət

  • 993

Əlamətdar statistika - MƏQALƏ

image

Cari ilin 18 iyul tarixində Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı keçirildi. Toplantıda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də iştirak edirdi. İlham Əliyev toplantı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edərək Azərbaycan Respublikası ilə Avropa dövlətləri arasındakı hərtərəfli əməkdaşlığa dair məsələlərə diqqət çəkmişdi. Avropa dövlətlərinin qazla təchizatı məsələsinə toxunan prezident bildirdi ki, enerji sahəsində Bakıda müəyyənləşdirilmiş strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Əməkdaşlığın inkişaf dinamikasınınqorunulduğunu qeyd edən İlham Əliyev vurğuladı ki, 2021-ci ildə Avropa qitəsinə bizim qazş təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. Azərbaycanın təbii qazını alan Avropa ölkələrinin sayının artdığına diqqət çəkənprezident qeyd etdi ki, Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə. İlham Əliyev Avropa qitəsindəyeni tərəfdaş qazanan Azərbaycan Respublikasının Sloveniya ilə dövlətimiz arasındakı əməkdaşlığa da toxunaraq bildirdi ki, Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Azərbaycan bir neçə aya Sloveniya bazarına daxil ola biləcək. İndiAvropada interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq. Bunun da öz növbəsində Avropanın qaz təchizatındakı təhlükəsizliyini təmin edəcəyini vurğulayan İlham Əliyev bu sahədəki uğurlarımızı Azərbaycanın beynəlxalq nüfuzunu artıran mühüm amil kimi qiymətləndirdi. Azərbaycan yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyini yerinə yetirmək üçün əlindən gələni edir. Bu, ölkənin strateji hədəfidir və Prezidentin çıxışı bu istiqamətdə Azərbaycanın qətiyyətini təsdiqləyir. Azərbaycanın mövcud bazarlara qaz təchizatının artırılması üzərində çalışması da vacib məqamdır. İtaliya Azərbaycanın əsas qaz təchizatçılarından biridir və bu ölkəyə təchizatın 9 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılması tələbatın nə qədər böyük olduğunu göstərir. Enerji sahəsində tarixi nailiyyətlər də diqqət çəkir. Azərbaycan Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış edib və qonşu ölkələrlə birlikdə onu istismara verib. Bu, Azərbaycanın enerji sektorunda mühüm addımlar atdığını və beynəlxalq əməkdaşlığa töhfə verdiyini göstərir. Nəticə olaraq, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji siyasətinin uğurlarını və Avropa ilə əməkdaşlıq perspektivlərini əhatə edir. Azərbaycanın strateji tərəfdaşlığı, qaz ixracının artması və yeni tərəfdaşlarla əməkdaşlıq perspektivləri ölkənin enerji sektorunda daha da möhkəmlənməsinə və beynəlxalq nüfuzunun artmasına şərait yaradır.Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Azərrbaycan dünyada etibarlı tərəfdaş kimi özünü sübut edib. Aydın məsələdir ki, idxaldan asılı olan ölkələr hər zaman özlərinə etibarlı tərəfdaş axtarırlar. Bu baxımdan Azərbaycan, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə ilə dünyada özünə böyük nüfuz qazanmışdır. Artıq, bütün dünya bilir və qəbul edir ki, Azərbaycan Prezidentinin sözü imzası qədər dəyərlidir. Son 30 ildə imzalanmış bütün müqavilələrin tam icra olunması, onların hamısının parlament tərəfindən ratifikasiya olunması və qanun şəklində imzalanması bunun əyani göstəricisidir.Şübhəsiz ki, enerji sahəsində Azərbaycanın qazandığı uğurlar bu istiqamətdə ölkəmizin yaratdığı yeni reallıqları əks etdirir. Bu baxımdan qeyd etməliyik ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin mühüm bir istiqamətidir. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artıb. Azərbaycan bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasət nəticəsində dünyanın aparıcı dövlətlərindən birinə çevilməkdədir.

Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri

Digər xəbərlər