Siyasət

  • 395

Əli Kərimlinin “boykot” qərarı 37 min dollar mükafat aldı ANALİZ

image

Azərbaycan xalqı özünün ən qürurverici tarixi dövrünü yaşayır. Hansı ki, bu dövrdə 30 il həsrətində olduğumuz Qarabağımızın azadlığına nail olunub, Şuşada, Xankəndidə və digər işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması təmin edilib. Belə bir tarixi günlərdə dağıdıcı müxalifət və xaricdəki antimilli ünsürlər qəpik-quruşa aldanaraq xalqın sevincinə acılıq qatmağa çalışırlar. Lakin anlamırlar ki, cəhdləri nəticəsiz qalacaq. Çünki xalq onların kimlərdən qidalandıqlarını və məkrli niyyətlərinin nədən ibarət olduğunu yaxşı bilir. Hazırkı məqamda daha çox şər və böhtanlara, dezinformasiya xarakterli məlumatların yer ayırmaları sentyabrın 1-də keçirilməsi planlaşdırılan parlament seçkiləri ilə bağlıdır. Üzdəniraq məxluqlar bu yolla cəmiyyətdə seçkilərlə bağlı aparılan müzakirələrə, qızğın diskussiyalara zərər vurmağa ümid edirlər. Bu çirkin kampaniyada Azərbaycanın dağıdıcı müxalifəti ilə yanaşı, “Azadlıq” qəzetinin saytı, “BBC Azərbaycan”, “Azadlıq” radiosu, Sevinc Osmanqızının TV-si, Trol Sadıqlının idarə etdiyi “Azad söz” internet TV və digərləri də fəal iştirak edirlər.

Dağıdıcı müxalifət və onların tör-töküntüləri trol qismində oturublar sosial şəbəkələrdə

Yerli və xarici qüvvələrin eyni mövqedən çıxış etmələri tərəflərin vahid mərkəzdən xüsusi tapşırıq aldıqlarını göstərir. Bu yolla məkrli tərəflər seçki ilə bağlı cüzi də olsa problem və ya çatışmazlıq aşkarlayıb, onun ətrafında şou yaratmaqdır. Lakin istəkləri baş tutmayacaq. Kifayət qədər seçki təcrübəsinə malik olan seçicilər bu dəfə də ayıq-sayıqdır və təbii ki, yüksək fəallıqla seçki məntəqələrinə gedərək layiqli namizədə səs verəcəklər. Ən əsası isə azad və demokratik seçkinin keçirilməsi ilə müstəqil Azərbaycanın tarixinə möhtəşəm seçki ənənəsi yazılacaq. Hazırkı məqamda görünən ondan ibarətdir ki, dağıdıcı müxalifət və onların tör-töküntüləri trol qismində oturublar sosial şəbəkələrdə, ancaq şər yazır, böhtanlar səsləndirirlər. Yenə də Ə.Kərimli əsas rolda çıxış edir. Yazdığı statusları fərqlidir. Gah Qərbin müdafiəçisi rolunda çıxış edib, Fransanın müstəmləkə altında saxladığı xalqların nümayəndələrinin Bakı şəhərində qurultay keçirmələrinə qarşı çıxdığını bildirir, gah da “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forum haqqında özünün qara rəngdən ibarət fikirlərini ifadə edir. Aradabir sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri haqqında sərsəm proqnozlarını qeyd edir. “Boykot”dan çox danışıb, stəkanda fırtına yaratmağa çalışsa da, dolaşıq, ziddiyyətli fikirləri ilə özünü rüsvay etmiş olur.

Pulla alınan “boykot” qərarı

Diqqətçəkən məqam ondan ibarətdir ki, “boykot” şousu AXCP və Milli Şura üzvlərinin ziyanına işləsə də, Ə.Kərimlinin maraqlarını təmin edir. O mənada ki, iyulun 21-də ABŞ-ın “Sewap” təşkilatı tərəfindən təşkil olun “seçkidən seçkiyə” mövzusunda müzakirələrdə AXCP 4 siyasi təşkilat arasında “ən fəalı” seçilib. Müzakirələrin maraqlı nəticəsi isə Azərbaycanda keçiriləcək parlament seçkilərini “boykot” etdiyinə görə Əli Kərimlinin 37 min ABŞ dollar qrantla mükafatlandırılmasıdır. Səthi araşdırmalardan sonra məlum olur ki, qrantın Əli Kərimli üçün ayrılmasında Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunsin müstəsna rolu olub. Xatırlatmaq lazımdır ki, 2023-cü il noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilmiş dinləmələrdə Lilit Makunsin və Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kin xüsusi fəallıq nümayiş etdirmişdilər. Hələ dinləmələrdən öncə bu iki məxluq Tomas Kinin bağ evində görüşüb, müzakirələr aparmış və yekdil fikrə gəlmişdilər. Sonradan ABŞ Konqresi üçün tarixi ləkə olan anormal qərar qəbul edildi. Həmin absurd qərarın müəllifləri qondarma təşkilat yaradıb, onun vasitəsi ilə Azərbaycanın daxili proseslərini zədələməyə çalışan Ə.Kərimli kimi təxribatçıları qrantla mükafatlandırırlar. Söz yox ki, bu faktın üzə çıxması müəyyən qaranlıq məsələlərə işıq salmış olur. Aydın olur ki, Ə.Kərimli seçkiləri “boykot” qərarı verməklə məqsədi yeni qrantlar almaqdır. Başa düşür ki, AXCP seçkiyə qatılmaqla heç nə əldə edə bilməyəcək. Əksinə, seçkilərin təbliğat-təşviqat dövründə insanlar onları qınaq obyektinə tutub, ittiham edəcəklər. Reallıqla barışmalı olan Ə.Kərimli sözə və ələbaxan Cəmil Həsənlini də özünə yoldaş etməklə parlament seçkilərini “boykot” etmək kimi yersiz və əhəmiyyətsiz qərar qəbul etdi. Xaricdəki antimilli ünsürlərin Ə.Kərimlinin qurduğu tora düşmələri gözləniləndir. Ən azı ona görə ki, xaricdəki ünsürlər başsız bədəni xatırladırlar. Antimilli məxluqların düşünmək, nəyin yaxşı, nəyin pis olduğunu anlamaq imkanına malik deyillər. Onlarınkı ancaq qoyun sürüsü kimi, kim hara sürdü və apardı ora getməkdir. Digər tərəfdən, idarəedici mərkəzlər də xaricdəki antimilli ünsürləri dağıdıcı müxalifətlə eyni yolu getməyə və eyni tezisi həyata keçirməyə məcbur edir. Əks halda aqibətləri yaşadıqları ölkələrdən Azərbaycana deportasiya olunmaları demək olar. Bu isə onlar üçün arzuedilən deyil. Ona görə də, ürəklərindən olmayan zəhəri udmağa məcburdurlar. Bu oyunların necə başlayıb, hansı formada bitəcəyini Ə.Kərimli azdan-çoxdan başa düşür. İctimai qınağın, ittihamlarında olduğunu nəzərə alır. Lakin qarışılığında qrantlar əldə edir ki, bu da onun üçün ən pisin nisbətən yaxşı variantıdır.

İLHAM ƏLİYEV

Digər xəbərlər