Azərbaycanın təbii qazını 8 ölkə alır, onlardan 5-i - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, həmçinin də Türkiyə.İyulun 18-də bu barədə Prezident İlham Əliyev Oksfordda “Avropa Siyasi Birliyi”nin IV Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı bildirib. Həm əlverişli coğrafi mövqeyi, regional və beynəlxalq nəqliyyat yollarının üstündə yerləşməsi, eyni zamanda təbii resursları, iqtisadi və hərbi gücü ilə Cənubi Qafqazın lider dövləti hesab olunan Azərbaycan bu gün həm də dünyada etibarlı tərəfdaş, təşəbbüskar dövlət kimi qəbul olunur. Əsas səbəb isə son 21 ildə ölkəni tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasətdir.
Hazırda dünyanın siyasi xəritəsində elə bir Azərbaycan var ki, onun dəstəyi olmadan, rəyi nəzərə alınmadan hər hansı regional prosesləri müzakirə və həll etmək mümkün deyil. Müxtəlif səpkidə qlobal danışıqların aparıldığı platformalarda ölkəmiz mütləq təmsil olunur və əsas söz sahibi kimi çıxış edir. Məhz buna görə də ölkəmizi regionun təhlükəsizlik zəmanəti adlandırırlar. Hətta aparıcı dövlətlər Azərbaycanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Bəli, Prezident İlham Əliyevin tam müstəqil siyasəti Azərbaycanı müasir dünyanın yeni çağırışlarına cavab verən ölkəyə çevirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 iyulda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün Böyük Britaniyaya işgüzar səfərə gəlib. Dövlətimizin başçısı səfər çərçivəsində bir sıra Avropa prezidentləri ilə görüşlər keçirib, Oksforddakı Blenheim sarayında keçirilən “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyasında, “Enerji və bağlantı” mövzusunda dəyirmi masada və toplantısının bağlanış plenar sessiyasında iştirak edib.
“Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bir sıra mühüm məqamlara toxunub, Azərbaycanın Avropanın enerji təchizatı ilə bağlı həyata keçirəcəyi işlərdən danışıb.
Azərbaycan öz neftini ölkənin xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edir. Qeyd edək ki, Avropada ölkəmiz etibarlı enerji təchizatçısı kimi tanınır. Tarixdə ilk dəfə olaraq Azərbaycan Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış edib və qonşularla birlikdə onu istismara verib.
“İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik”, – deyə Prezident əlavə edib.
Qeyd edilib ki, enerji sahəsində Bakıda müəyyənləşdirilən strateji tərəfdaşlıq Azərbaycanın Avropaya qaz təchizatının 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Azərbaycan 2021-ci ildə Avropa qitəsinə ildə 8 milyard kubmetr təbii qaz ixrax edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, 2024-cü il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir. Artıq 3 ildən çoxdur ki, Azərbaycan mühüm qaz təchizatçısına çevrilib. Azərbaycan xam neftinin istehlakı bəzi ölkələrdə onların tələbatının 50 və ya daha çox faizini təşkil edir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini