"İranın Cənubi Qafqaz siyasətinə təsir edə biləcək bir sıra amillər var". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Qasımlı deyib.Millət vəkili bildirib ki, hər şeydən əvvəl, İran hakimiyyəti ölkəsinin maraqlarının harada olduğunu dəqiqləşdirməlidir: "Region ölkələri ilə münasibətlərin səviyyəsi İranın milli dövlət maraqlarına cavab verirmi, yoxsa vermir? İranın Cənubi Qafqaz regionunda maraqları regiondan kənar hansı dövlətlərlə toqquşur? Onların həlli yolları nədir? İranın Birləşmiş Ştatlar və digər Qərb ölkələri ilə münasibətləri necə olacaq? Bu amillər İranın Cənubi Qafqaz siyasətinə fərqli səviyyələrdə təsir göstərə bilər. İranın düşmüş olduğu indiki vəziyyət qonşularla mehriban münasibətlər qurmaqdan keçir.Son illərin hadisələri də göstərdi ki, İranın Azərbaycana qarşı siyasəti özünə çevrilir. Ona görə də İran Cənubi Qafqazda ilk növbədə Azərbaycanla mehriban qonşular kimi keçinməlidir".
Müəllif: Söylü Ağazadə