PDF Oxu

Siyasət

  • 1 607

"Qoca qitənin ikiüzlü siyasətinə bu gün də şahid olmaqdayıq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Qoca qitənin ikiüzlü siyasətinə bu gün də şahid olmaqdayıq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Avropa Birliyi daima beynəlxalq hüquqa münasibətdə selektiv yanaşma nümayiş etdirib". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.Millət vəkili bildirib ki, biz bunu 30 illik münaqişə dövründə də hiss etdik: "44 günlük müharibə dövründə də hiss etdik, hazırda da hiss etməkdəyik. Avropa Birliyinin Ermənistanı silahlandırması regionda sülhə xidmət etmir. Beynəlxalq hüquq pozuntusudur və beynəlxalq təşkilat kimi beynəlxalq münasibətlər sisteminin digər faktorları ilə münasibətdə bərabərliyi pozma halıdır. Ona görə də bu gün Avropanın sülh mövqeyindən çıxış etməsi ilə bağlı fikir səsləndirmək, əlbəttə, mümkün deyil".Onun sözlərinə görə, hazırda isə Avropanın müxtəlif strukturları müxtəlif ölkələrə müxtəlif adlar altında yardım göstərir: "Ən təzadlı, ən ziddiyyətli hal odur ki, Avropa Birliyi sülh fondu adı altında Ermənistana hərbi yardım göndərir. Şübhəsiz ki, bu, Avropa Birliyinin aldığı daha əvvəlki səhv qərarın davamı kimi qiymətləndirilməlidir. Çünki Avropa Birliyi ilk növbədə Ermənistana sülh missiyası adı altında hərbiləşmiş bir missiya göndərdi. Onları Ermənistan-Azərbaycan sərhədinə yönləndirdi. Beləliklə bir eybəcər binokl siyasəti başlatdı. Hazırda isə bu kontingentin coğrafiyasını genişləndirməyə çalışır. Ən son Kanada bu proseslərə qoşuldu.Beləliklə, Avropa Birliyi Ermənistan vasitəsilə Cənubi Qafqazda yeni münaqişələrin başlanması üçün əsas yaratdı. Ona görə də bu, yolverilməzdir. Bu, Cənubi Qafqazda təkcə Azərbaycana qarşı deyil, həm də sabitlik istəyən digər region ölkələrinə qarşı da atılan addımdır. Nəticə etibarilə Avropa regionda Azərbaycanı tərəfdaş hesab edirsə, öz enerji təchizatında alternativ mənbə kimi görürsə, Avropa Birliyinə üzv olan ölkələr Azərbaycanla imzaladıqları tərəfdaşlıq sənədlərinə sadiqdirlərsə, bu cür hallara yol verməməlidirlər. Amma çox təəssüf ki, qoca qitənin ikiüzlü siyasətinə biz bu gün də şahid olmaqdayıq".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər