44 günlük parlaq hərbi, siyasi, diplomatik qələbəsi ilə tarixi zəfərə imza atan Azərbaycan getdikcə daha da güclənir və inkişaf edir. Artıq dünya xəritəsində elə bir dövlət yoxdur ki, Azərbaycanla əlaqələr qurmağa can atmasın. Bu əlaqələr hər iki tərəfə böyük mənfəətlər gətirir. Ölkəmiz sosial, iqtisadi, hərbi, diplomatik uğurlarla yanaşı, həm də dini və milli tolerantlığın hökm sürdüyü dövlət kimi tanınır. Bunun da əsası var. Dövlət bütün dinlərə bərəbərhüquqlu şərait və imkanlar yaradıb, dini icmaların maddi-texniki təminatının yaxşılaşdırılması, dini mərkəzlərə maliyə yardımılarının göstərilməsi üçün müvafiq işlər həyata keçirib. Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsində dövlət-din münasibətləri öz hüquqi statusunu alaraq dinin dövlətdən ayrı olması, bütün dini etiqatların qanun qarşısında bərabərliyi elan edilir, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliğinin qadağan olması göstərilir. Konstitusiyanın “Bərabərlik hüququ" adlanan 25-ci maddəsində deyilir: "Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, əqidəsindən, siyasi partiyalara və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir”. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tarixi çıxışlarının birində ölkəmizdəki yüksək tolerantlıq hissi barədə demişdir: “Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri birgə yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərqlənmişdir”.Ulu Öndər Heydər Əliyev onu da bildirmişdir ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan Respublikasının ən böyük sərvəti, bəlkə də ən birinci sərvəti burada uzun əsrlər bir yerdə yaşamış, dostlaşmış, qardaşlaşmış müxtəlif xalqların birliyidir". Bütün bu kimi fundamental işlər Azərbaycanın tərəqqipərvər demokratik bir dövlət olduğunu bir daha təsdiqləmiş olur. Və o əminliyi yaradır ki, zaman keçdikcə Azərbaycan daha da güclənəcək və dünyanın super güclərindən birinə çevriləcək.
ABŞ təklənir
Bu gün dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları dini etiqad azadlığından, dövlət-din münasibətlərindən lazımınca yararlanırlar. Ölkə Prezidenti, Yenilməz Sərkərdə İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə yaşayan bütün millətlərin, etnik azlıqların dini inancına, dilinə, mədəniyyətinə bərabər səviyyədə hörmət və ehtiramla yanaşılır, adət-ənənələrin, el şənlikləri və mərasimlərin həyata keçirilməsinə lazımi şərait yaradılır. Məhz Azərbaycan xalqının xoşbəxtliyi bütün dinlərin bərabərhüquqlu şəkildə birgə fəaliyyət göstərməsində və bütün ölkə vətəndaşlarının dini inaclarına, etiqad azadlıqlarına hörmət və ehtiram göstəriməsidir. Təəssüf ki, bəzi ölkələr, xüsusilə də ABŞ kimi dünyada dinlərarası qarşıdurmalar yaratmaq üçün hər cür iyrənc vasitə və üsullardan istifadə edən ölkələr görmək istəmirlər. Daha doğrusu dövlət siyasətləri Azərbaycanın nümunəvi toreantlıq hissini görməyə imkan vermir. Bu da onu təsdiq edir ki, ABŞ kimi bəşəriyyət üçün təhlükə mənbəyi olan dövlətlərin siyasəti başqa dövlətlərin uğurlarını inkar etmək üzərində qurulub. Bunu bu yaxınlarda ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatının Azərbaycana aid hissəsində əsassız, reallıqla heç bir əlaqəsi olmayan və qərəzli iddialardan ibarət olan hesabatı da təsdiqləyir. Təbii ki, dünyada dini və milli tolerantlığın hökm sürdüyü Azərbaycana qarşı belə iddiaların heç bir əsası yoxdur. Çünki Azərbaycan hər bir sahədə, o cümlədən dini və milli tolerantlığın hökm sürdüyü nümunəvi dövlətlərdəndir. Söz yox ki, qərəzli hesabatın hazırlanaraq yayılmasında ABŞ hakimiyyətini oyuncaq kukla kimi əllərində oynadan erməni lobbisinin xüsusi rolu olub. Artıq təsdiq olunub ki, hesabatın Azərbayacana aid olan hissəsi dövlət komissiyasının rəhbəıri Daniela Aşbaxyan olan ictimai xidməti tərəfindən hazırıanıb. Bu xanım Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biri olub. O, həm də Livanın Los Ancelesdəki konsulluğunda işləyib. Çox maraqlıdır ki, hesabatda Azərbaycana qarşı belə kəskin mövqe Qarabağda separatçılara qarşı 2023- cü ilin sentyabrın 19-da başlayan və 23 saat 44 dəqiqə çəkən antiterror tədbirləri nəticəsində yaranmış vəziyyətə əsaslanır. Bu zaman həmin ərazilərin 30 il işğal altında saxlanması və yüz minlərlə azərbaycanlının öz doğma torpağından qovulması, 60 -dan artıq məscidin, dini-mədəni obyektlərin darmadağım edilməsi nəzərə alınmır. Üstəlik, bu hesabata dinlə heç bir əlaqəsi olmayan Qubad İbadoğlu, Abzas media və s. bu kimi işlərin də daxil edilməsi onun konkret siyasi məqsədə xidmət etdiyini göstərir.
Qərəzli hesabatlar Vaşinqtonun evini yıxacaq
ABŞ Dövlət Departamenti bu hesabatla növbəti dəfə öz qərəzini, ədalətsizliyini bütün dünyaya nümayiş etdirdi. Nə Azərbaycan hakimiyyəti, nə də Azərbaycan xalqı bu tipli cızmaqaraları ciddi hesab etmir. Azərbaycan xalqı, o cümlədən demokratik düşüncəli əksər dünya xalqları da bilir ki, ABŞ -ın xarici siyasət kursu, dövlətlərə münasibəti müəyyən hallarda erməni lobbisinin maraqlarına söykənir. Azərbaycanda el arasında bir deyim var: “Öz gözündə tiri görmür, başqasının gözüdə tükü sezir”. ABŞ dünyada insan hüquq və azadlıqlarının pozulduğu, insanların dini baxışlarına görə təqib olunduğu dövlətlərin siyahısında ön yerlərdən birini tutduğu halda, Azərbaycan haqqında yanlış informasiyalar yaymağa çalışır. Bu, o dövlətdir ki, bütün dünyada çoxsaylı müharibələr və qarşıdurmaları alovlandırır, milyonlarla insanın ölümünə, qaçqın vəziyyətinə düşməsinə, səfalət içində yaşamasına baiskar olur. Məhz bu ölkədə dini və irqi ayrıseçkilik həm tarixi, həm də cari reallıq kontekstində ən çox tənqidə məruz qalır. ABŞ-da dövlət səviyyəsində aparılan vəhşi siyasət nəticəsində demək olar ki, hinduların nəsli kəsilməkdədir. Zəncilər isə ölüm-qalım savaşı aparsalar da, böyük itkilərə məruz qalmaqdadılar. Faktlara istinadən demək olar ki, yerli əhali olmuş hindular haqları və hüquqlarının müdafiəsi uğrunda apardıqları savaşda böyük itkilərə məruz qalmışlar. Təsdiq olunmuş faktlara görə, ABŞ-da 23 milyondan çox hindulu öldürülüb ki, bu da bəşər tarixinin ən genişmiqyaslı soyqırımı hesab olunur. Hazırda hinduların sayı ölkə əhalisinin cəmi 0, 9 faizini təşkil edir. Zəncilər də təzyiq və təhdidlərdən xilas ola bilmirlər. Bəzən onları adam hesab edilmirlər, müəyyən dövlət binalarına, kafe və restoranlara buraxılmırlar. Həm hindular, həm də zəncilərin dini azadlıqları yoxdur. İstəkləri isə nəticəsiz qalır. Çünki hindulara və zəncilərə qarşı 1622-ci ildən başlayan soyqırımı siyasətindən hazırkı hökumətlər imtina etməyiblər. Hər gün qaradərili insanlar təhqir olunur və ya polis zorakılığının qurbanına çevrilir. Hesablamalara görə, hər ay 2800-3000 min qaradərili ağdərililərin zorakılığının qurbanı olur. Artıq vəziyyət o dərəcə də ağır xarakter alıb ki, qaradərililər müəyyən iaşə obyektərinə, konsert salonlarına buraxılmırlar. Hakimiyyət isə bu kimi biabırçı halları aradan qaldırmağa səy göstərmir. Əksinə, susmaqla, problemin dərinləşməsinə yol açırlar. Bu isə uzun müddət belə davam edə bilməz. Nəhayət, təhqirlərdən yorulan qaradərililər ağdərililəri gəldikləri yerə qədər qovmağa məcbur olacaqlar. Bu isə ölkənin parçalanması və ABŞ kimi super güc olmağa can atan dövlətin yer üzündən silinməsinə gətirib çıxara bilər.
İLHAM ƏLİYEV